Şriftin ölçüsü / 489

İslahatlar paralel aparılmalıdır

30 Avqust 2020 [22:51]
Prezident hər dəfə yeni icra başçılarını qəbul edərkən onlara öz tövsiyyələrini və tapşırıqlarını verir. Təəssüflər olsun ki, bəzi məmurlar dövlət başçısının etimadını doğrultmurlar”.
Bu sözləri "Sherg.az”a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Partiya funksioneri deyib ki, rayon icra hakimiyyətləri ilə bağlı neqativ halların üzə çıxması, onların həbsi göstərir ki, ölkədə korrupsiya hələ də qalmaqdadır:

"Bir çox icra başçısı xalqa hesabatlı deyil, onların fəaliyyətində şəffaflıq yoxdur. Ona görə də hesab edirəm ki, idarəetmədə köklü islahatların aparılmasına ciddi ehtiyac var. Dəfələrlə qeyd etmişəm ki, bələdiyyələrin fəaliyyətinə geniş imkanlar yaradılmalıdır. Əks halda bu cür neqativ halları uzun müddət müşahidə edəcəyik.
Gənclər köhnə kadrlara nisbətən rüşvətə o qədər meyilli olmurlar. Ümid edirəm, gənc kadrların fəaliyyəti müsbətə doğru dönüş yaradacaq və dözülməz vəziyyətdən çıxmağımıza öz töhfəsini verəcək. Təkcə yerlərdə deyil, mərkəzi icra orqanlarında təmsil olunan bir sıra məmurların da vəzifədən uzaqlaşdırılmasının məqamı yetişib”.
Ə.Orucovun sözlərinə görə, uzun illər eyni kresloda əyləşən məmurların iş prinsipi istər-istəməz yeni təyin olunmuş gənc kadrlara da öz mənfi təsirini göstərir:
"İslahatlar paralel aparılmalıdır, birtərəfli dəyişiklik neqativ hallara səbəb olur. Hər halda müsbət tendensiyaların davam edəcəyinə ümid edirik. Xalqla işləmək lazımdır, xalqdan ayrı düşmək olmaz. Məmur-xalq münasibətləri normal məcrada olmalıdır. Rayon sakinləri icra hakimiyyətlərinin başçısına "ağa” kimi baxmamalıdır. Məmurlar da özləri ilə yerli camaat arasında bariyer qurmamalıdırlar.


Millet




Digər Xəbərlər