Şriftin ölçüsü / 343

Sahibkarlar barəsində əsassız məlumatların yayılmasına yol vermək olmaz

13 Sentyabr 2020 [17:32]
Məşhur sahibkar Millet.az saytına bildirdimişdir ki son vaxtlar mediada tanınmış iş adamı Şamil Heydərov barəsində əsassız və "qaralama konpaniyasına” xidmət edən xəbərlər dərc olunmaqdadır. Yalnızca Şamil Heydərovun qanuni və nümunəvi fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan bu saxta xəbərlər kimlərinsə sifarişi əsasında yayılmaqdadır.

Belə ki, ilk olaraq "dia.az” internet portalında Şamil Heydərovun guya ölkədə monopoliya yaratması kimi əsassız iddialar dərc olundu. Bunun ardından isə dərhal həmin şərəf və ləyaqətə ləkə vuran xəbər tipli yazını dərc edən internet portalı və baş redaktor məhkəməyə verildi. Hazırda da Səbail rayon Məhkəməsində həmin iş davam etməkdədir. Bilindiyi kimi ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar məhkəmələrin də fəalliyyəti dayandırılmışdı və buna görə də hələ də həmin məhkəmə mübahisəsi yekunlaşmamışdır.

Daha sonra isə ölkənin ən məşhur və fəal "reket” jurnalistləri olan Habil Vəliyev və Surxay Əliyev Şamil Heydərovun barəsində saxta və guya etibarlı mənbələrdən əldə etdiyi məlumatları öz saytlarında dərc etməyə başladılar. İlk başda Habil Vəliyevin "gündəlik-bakı.com” saytında Şamil Heydərov heç bir jurnalist araşdırması aparılmadan guya Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib karantin qaydalarını pozmaqda günahlandırıldı. Heç bir əsas olmadan yayılan həmin xəbərlə bağlı da aidiyyəti üzrə Zəngilan rayon Məhkəməsinə müraciət olunub və hazırda həmin məhkəmə mübahisəsi də davam etməkdədir. Lakin Habil Vəliyev daha əvvəl də həyata keçirdiyi cinayət xarakterli və reketçi fəaliyyətinə ara vermədi. Belə ki, yaxın vaxtlarda yenə Habil Vəliyev və Surxay Əliyevin çirkin sifarişi əsasında "bizimbaki.org” saytında da yenə bu formada xəbər dərc olundu. Həmin xəbər belə adlandırıla bilməyəcək yazıda Şamil Heydərovun guya Gömrük Qanunvericiliyimizə zidd formada işlər gördüyünü, bu işlərdə Ramiz Mehdiyevlə şərik olmasını və hətta yaxında ölkədən qaçacağı qeyd olundu. Göründüyü kimi yenə əsassız iddialar və uydurma məlumatlar dərc olunmuşdur. Məlumdur ki, yalnızca sifariş əsasında fəaliyyət göstərən sözügedən "media” işçiləri Şamil Heydərovun xeyriyyəçilik işlərindən və dövlətçiliyimizə hər zaman verdiyi dəstəkdən söz açmaq niyyətində olmamışlar.

Ən əsas məsələ isə Şamil Heydərov barəsində "qara piar” işlərini aparan Habil Vəliyev və Surxay Əliyevin əvvəlki cinayətkar əməlləri ilə bağlıdır. Belə ki, Habil Vəliyev və Surxay Əliyev daha əvvəl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilərək cinayət məsuliyyətlərinə cəlb edilmişdirlər. Həmin dövrdə də sahibkarların və nüfuzlu şəxslərin barəsində şantaj niyyəti ilə saxta xəbərlər dərc etdirən bu şəxslər hüquq-mühafizə orqanlarımızın səyi nəticəsində saxlanılaraq həbs edilmişdilər. Lakin görünür Habil Vəliyev və Surxay Vəliyevin məhkumluğu tam ödənilməmiş və həmin şəxslər islah olunmamışdırlar. Əks halda günümüzdə də Şamil Heydərova qarşı bu formada saxta ittiham və yalan məlumatlarla "qaralama konpaniya”sı həyata keçirməzdilər. Görünür azadlıqda olmaq bu şəxsləri yenidən cinayət əməli törətməyə həvəsləndirmişdir. Hazırda Surxay Əliyev və Habil Vəliyev özləri kimi Bəhram və Mir Əziz adlı reket "jurnalist”ləri də öz başlarına yığaraq sanki bir komanda kimi hər istədikləri nüfuzlu şəxsi və sahibkarı qaralamaqdadırlar. Artıq açıq aşkar müşahidə olunur ki, Habil Vəliyev və Surxay Əliyev öz əvvəlki fəaliyyətlərini bərpa etmişlər. Əslində isə onlar hazırda da şərti olaraq cəza çəkməkdədirlər. Lakin buna baxmayaraq öz "reketçilik” fəaliyyətlərini da dayandırmırlar. Qanunun həmin şəxslərə həddindən artıq humanist və qeyri-adekvat yanaşması onların hazırki hüquqa zidd fəaliyyətlərinə şərait yaratmışdır. Halbuki Habil Vəliyev və Surxay Əliyevin əvvəlki aktiv cinayət əməllərindəki zərərçəkmiş şəxslərin sayı yüzlərcə olmuşdur.

Ən sonda isə bildiririk ki, Şamil Heydərov barəsində hansı media vasitələrində dərc olunmasından asılı olmayaraq əsassız və qaralayıcı məlumatlar yayılsa hər zaman olduğu kimi yenə də hüququ müstəvidə bu fakt araşdırılacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin iş adamlarına və sahibkarlığın inkişafına ayırdığı diqqət və qayğının yüksək səviyyədə olduğu bu dövrdə sahibkarlar barəsində əsassız məlumatların yayılmasına qətiyyən yol vermək olmaz.





Digər Xəbərlər