Şriftin ölçüsü / 431

Ermənistanın hərəkəti üzündən Moskva razılaşması faktiki əhəmiyyətini itirdi

12 Oktyabr 2020 [15:32]
"Azərbaycan Ermənistana sonuncu dəfə şans vermişdi ki, məsələ sülh yolu ilə həll edilsin. Lakin Ermənistan Moskva razılaşmasını ilk andan pozaraq verilən şansı dəyərləndirmədi”.

Bu barədə AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a açıqlamsında bildirib. A.Əlizadə qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Moskvada danışıqlara getməklə növbəti dəfə bütün dünyaya nümayiş etdirdi ki, danışıqlara, məsələnin sülh yolu ilə həllinə hazırdır, qan tökmək istəmir. Bundan sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin bizə deməyə sözü olmamalıdır. Təzyiqlər Ermənistana edilməlidir.

AMİP sədrinin sözlərinə görə, Azərbaycanın danışıqlar masasında oturmağa razılaşması Ermənistana güzəşt idi. Ancaq işğalçı Ermənistan bu güzəştdən, atəşkəs razılaşmasından fürsət kimi istifadə etməyə çalışaraq, bütün cəbhə boyu hücuma keçdi, eyni zamanda Mingəçevirə, Gəncəyə raket atdı. Ermənistan terrorçu dövlət olduğunu və heç bir razılaşmaya əməl etməyəcəyini bir daha ortaya qoydu: "Odur ki, Ermənistanın hərəkəti üzündən Moskva razılaşması faktiki əhəmiyyətini itirdi. Azərbaycan rəhbərliyi Ermənistanın bu davranışı, Gəncədə mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktı ilə bağlı Rusiyaya ətraflı məlumat verməlidir və bildirməlidir ki, Ermənistan Moskva razılaşmasını qüvvədən düşürüb. Azərbaycan sərt bəyanatla mövqeyni ATƏT-in Minsk qrupuna çatdırmalıdır”.
Musavat.com


Millət




Digər Xəbərlər