Şriftin ölçüsü / 842

Bakı polisi vətəndaşlara çağırış etdi

10 Noyabr 2020 [13:58]
Bu gün - noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi paytaxt Bakı ilə yanaşı, respublikamızda böyük sevinclə qarşılanıb. Xalqımıza göstərdikləri birliyə və böyük ehtirama görə minnətdarlığımızı bildiririk.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin müraciətində bildirilir.

Müraciətdə deyilir: "Xalqımıza göstərdikləri birliyə və böyük ehtirama görə minnətdarlığımızı bildiririk.

Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkəmizdə tətbiq edilən hərbi vəziyyət rejiminin və koronavirus infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq.

İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edəcəksiniz".



Millət




Digər Xəbərlər