"Ardıc" İctimai Hərəkatının nümayəndə heyəti millət vəkili ilə görüşüb

"Ardıc" İctimai Hərəkatının nümayəndə heyətinin prezident İ.Əliyevə köçlə bağlı müraciəti ilə  əlaqədar olaraq  Qaçqınlar Cəmiyyətində- Qərbi Azərbaycan İcması İctimai Birliyində millət vəkili Əziz Ələkbərli ilə görüşüb. Hərəkatın mətbuat xidmətindən "Millət"ə daxil olan məlumata görə görüşdə sədr və digər nümayəndələrlə ətraflı müzakirələr aparılıb. Sədr, millət vəkili Əziz müəllim  dəyərli tövsiyələrini verib. Cənab Prezidentə kənd olaraq kollektiv müraciət təqdirəlayiq hesab edilib və dövlətimizin prioritet siyasətinə uyğun addım olduğunu dilə gətirilib. 

 
Görüşdə millət vəkili lazımi kömək göstərəcəyini və dəstək olacağını bildirib. Eyni zamanda bu istiqamətdə hərəkata dövlət siyasətinin əsasları barədə məlumat verilib.