Əli Orucov: "Bəli, bu hardasa təxribat sayıla bilər"
"Bu o deməkdir ki, Avropa Parlamentinin "etnik təmizləmə" bəyanatı sadəcə bir kağız parçası olacaq"
Ukraynada baş verən hadisələrin Qərblə Rusiya arasındakı münasibətlərə təsirsiz ötüşmədiyi göz önündədir. Bu, xüsusən də enerji daşıyıcılarının nəqli məsələsində özünü qabarıq formada büruzə verir.
Avropa, artıq nəyin bahasına olursa-olsun, Rusiyadan enerji asılılığına son qoymaq istəyir. O üzdən, son dövrlər bu istiqamətdə səylərini xeyli artırıb. O da məlumdur ki, yaranmış vəziyyətdə Türkiyə də müəyyən mənfəət əldə etməyə çalışır, təkliflərlə çıxış edir.
Rusiya Qara dənizdən Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub axını" qaz layihəsindən imtina etdikdən sonra Avropa İttifaqı Azərbaycan, Türkmənistan və Əlcəzairlə əməkdaşlıq etmək niyyətindədir. Əslində Rusiyanın bundan imtina etməsi təsadüfi deyildi. Proseslərin gedişinə daha dərindən yanaşanda görürük ki, Avropa İttifaqı məqsədyönlü şəkildə bunu əngəlləyir. Məqsəd Rusiyadan olan asılılığı minimuma endirməkdir.
Belə olan halda Avropa üçün Azərbaycan və Türkiyənin əhəmiyyəti birə-beş artır. Görünən odur ki, Avropa İttifaqı özünün xarici siyasət alətlərindən istifadə edərək alternativ təchizatçılar olan Azərbaycan, Türkmənistan və Əlcəzairlə strateji enerji əməkdaşlığı qurmaq niyyətindədir. Necə deyərlər, Avropa İttifaqı üçün diversifikasiya qaçınılmazdır. Çünki Avropa hər yay növbəti qışı necə keçirəcəyini müzakirə etməkdən yorulub. Bu gür TANAP qaz xəttinin təməlinin qoyulması ilə bağlı Türkiyənin Qars şəhərində rəsmi müqavilə imzalanacaq. Bütün bunların fonunda Avropa Parlamentinin 1915-ci ildə Türkiyədə guya ermənilərin etnik təmizləməyə məruz qaldığı barədə bəyanat qəbul etməsi böyük təəccüb doğurur. Halbuki, Avropanın enerji xilası Azərbaycan və Türkiyədən keçir. Ümumilikdə belə bir bəyanat sözügedən məsələlərə qarşı bir təxribat ola bilərmi?
Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bunu istisna etmədi: "Bəli, bu hardasa təxribat sayıla bilər. O mənada ki, alternativ enerji layihələrinin gündəlikdə olduğu bir dövrdə Türkiyəni etnik təmizləmədə günahlandırmaq tamamilə məntiqsiz bir addımdır. İlk baxışdan belə təəssürat yarana bilər ki, Avropa layihələrin reallaşmasını əngəlləyir. Ancaq mənə elə gəlir ki, bu belə deyil və məlum qərar formal xarakterlidir. Praktiki olaraq bu reallaşmayacaq. Yəni qondarma erməni "soyqırımı"nın 100 illiyi ilə əlaqədar erməni lobbisinin təzyiqi altında belə bir bəyanat verilib.
Aprelin 24-dən sonra sözügedən məsələ aktuallığını itirəcək və hər şey əvvəlki axarına düşəcək. Bu o deməkdir ki, Avropa Parlamentinin "etnik təmizləmə" bəyanatı sadəcə bir kağız parçası olacaq. Enerji layihələri isə öz axarı ilə reallaşdırılacaq. Bunu Avropa rəsmiləri də gözəl bilir və fərqindədir".
Vidadi ORDAHALLI