"Müsavat Partiyasının təşkil etdiyi mitinqə qatılmayacağıq. Çünki bu mitinq üçün sosial sifariş yoxdur".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib. O bildirib ki, ölkədə daxili problemlərin həlli üçün mitinq çıxış yolu deyil.
AMİP sədri siyasi partiyalar arasında dialoq qurulmasının tərəfdarı olduğunu davurğulayıb: "Düşünürük ki, siyasi düşərgə məsələləri dialoqla yoluna qoymalıdır. Hakim Yeni Azərbaycan Partiyası ilə müxalifət partiyaları bir masa arxasında ölkədə və dünyada baş verənləri müzakirə etməlidirlər. Hazırda DağlıqQarabağ probleminin həllinə çalışmaq lazımdır, ermənilərin beynəlxalq aləmdə Azərbaycan əleyhinə kampaniya aparmasının qarşısı alınmalıdır. Bu məsələdə ölkədəki bütünsiyasi düşərgələr birləşməlidir, diqqəti bu problemin həllinə yönəltmək lazımdır".