"General Əlibəyin general işi"

"Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma" İcrimai Birliyinin sədri, Qarabağ müharibəsinin fəal iştirakçisi, qəhrəman döyüş "General Əlibəy" adı ilə tanınan Əlövsət Qasımov:

Mən Qarabağ uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən tanınmaz hala salınmış, vəhşicəsinə qətlə yetirilən 950 şəhidimizin meyidini erməni caynağından xilas edərək valideynlərinə qaytarmağı bacarmışam. Bundan başqa 1017 ədəd avtomat silahı rəsmi sənədləşdirərək hökümətimizə təhvil vermişəm. Mən müharibədə göstərdiyim şücaətləri indi də davam etdirirəm və o dövrlər çəkdiyim foto-şəkillərdən ibarət erməni faşizmini ifşa edən müəllifi olduğum 3 kitabdan və foto şəkillərdən ibarət sərgilərim təşkil olunur, gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunu yüksəltməklə məşğul oluram.

Qarabağ müharibəsi yeni-yeni alovlanmağa başlayırdı. Mən özüm bu müharibədə mənəvi zərər çəkmiş kimi kənarda müşahidəçi ola bilməzdim. O vaxtlar Tərtər rayonunun Bəyimsarov kəndində mədəniyyət evinin direktoru işləyirdim. Düşündüm ki, mədəniyyət evinin direktoru kimi mən istədyimi xidməti xalqıma verə bilməyəcəyəm və doğma yurd-yuvamdan qaçqın düşmüş şəxs kimi qisasımı da düşməndən ala bilmərəm. Onun üçün də , öz yerimi düşmənlə üz-üzə döyüş bölgəsində gördüm. O vaxtlar pərakəndəlik hökm sürürdü. Məqsədyönlü işlə məşğul olmaq üçün çox düşündüm və günlərin birində güman gələn bir danamı satıb, məsləhət almaq üçün yol pulu əldə edim və Naxçıvana Heydər Əliyevin yanına yollandım. Sizə deyim ki, məhz Naxçıvanda olub , o dahi şəxslə görüşdükdən sonra , həyatımda mühim dəyişikliklər başladı. O vaxtlar, yəni 1991-ci illəri nəzərdə tuturam , Heydər Əliyev Naxçıvan MR-nın Ali məclisinin sədri idi, düşündüm ki, onunla görüşmək çox çətin olacaq. Lakin digər məmurlardan fərqli olaraq , Heydər Əliyev məni çox gözlətmədən cangüdəni Əmir Hüseynovun vasitəsi ilə qəbul etdi. Mənə öz dəyərli tövsiyyələrini verdi. Heydər Əlİiyevin yanında bir nəfər də var idi. O, da Heydər Əliyevə valter tapançanı uzadıb dedi: Bunu da ona bağışla. Həmin tapançanı da mənə bağışladılar. Mən vətənim üçün gördüyüm bütün işlərə görə , o dahi şəxsiyyət Heydər Əliyevin dəyərli tövsiyyələrinə borcluyam. İndi isə sizə Genral adını hardan qazandığımı deyirəm. Mən şəhidlərimizin meyidlərini düşmən caynağından qoparıb biz tərəfə keçirsəm də , bu şəhidləri valideynlərinə çatdırmaqda çətinlik çəkirdim. Mənim telefon danışığımda məni heç kim eşitmirdi. Məcbur olub General adından istifadə etdim. Gördüm ki, işlər qaydasında gedir. Bəs "General” adı niyə ağlıma gəldi? Çünki, Heydər Əliyevlə növbəti görüşlərin birində o mənə general ürəkli bir cəsursan demişdi. O da ki, ağlımda qalmışdı. Ona görə də mən "General” adı ilə özümü təqdim edirdim və yaxud da deyirdim ki, General Əli bəyin tapşırığıdı. Bu adla 5 il hətta Heydər Əliyevin hakimiyyəti dövründə də cəbhə bölgələrində bu addan istifadə edirdim. Məsələn , deyək ki, şəhidi hansısa rayona valideynlərinə göndərmək lazımdır.

Onda mən telefon dəstəyini götürərək, zəng edib həmin rayon icra başçısına deyirdim ki, sizinlə danışan General Əli bəydir, təcili olaraq Tərtər rayonuna şəhid aparmaq üçün maşın göndərin və ya sizin rayona şəhid göndəririk , onu Əlövsət Qasımov gətirir. Şəhidin dəfn mərasimi üçün nə lazımdırsa , yerinə yetirin. Beləliklə, mən oldum "General Əlibəy”. Daha sonralar isə, mənim yaxınlarımdan başqa , digərləri həqiqətən General Əli bəy olduğumu sanırdılar və mənə General Əlibəy deyə müraciət edirdilər. Bax mənim General tarixçəm də belə olub. Heydər Əliyev Respublika rəhbərliyinə qayıtdıqdan sonra, təəssüf ki, mən Heydər Əliyevlə görüşə bilmədim.

Bu yaxınlarda Mədəniyyət Naziri Əbülfəz Qarayevə məktubla müraciət etdim ki, mənim müəllifi olduğum ’’Erməni Vandalizmi” kitabını yeniden, daha yüksək səviyyədə nəşr etdirməyə köməklik etsin. İlk öncə məni Mədəniyyət Nazirliyinə dəvət etdilər. Orada kitabıma baxıb laqeyd-laqeyd dedilər ki, gedin sizə cavab verərik. Cavab isə həm ağlamalı, həm gülməli oldu. Sizə cavabı olduğu kimi deyirəm: Sizin

"Erməni vandalizmi” kitabı 2004 -cü ildə min ədəd nəşrlə çap olunub, bu isə, müasir zamanda kifayət qədərdir. Mənim "Erməni Vandalizmi” kitabım təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, qəlbində vətənpərvərlik hissi olan hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır. Mən bu kitabları məktəblərdə, ali təhsil ocaqlarında, hərbi hissələrdə, öz sərgilərimdə təmənnasız paylayıram. Axı mən, sevgi məhəbbət, dedektiv romanı yazmamışam. Mən erməni vəhşiliyindən, faşizmindən yazmışam. Bu kitabda yüzlərlə şəhidimizin tanınmaz hala salınmış meyidlərinin şəkilləri var, bu kitablarda yüzlərlə şəhidlərimizin ruhu var. Onlara necə biganə qalmaq olar. Söhbət "Erməni vandalizmi" kitabından gedir.

Bu yaxınlarda məni Türkiyə, o cümlə­dən, Avropanın bir neçə ölkəsinə şəkillə­rimin sərgisini keçirmək üçün dəvət et­mişdilər. Maddi imkansızlıq üzündən məcbur qalıb, İqdisadi İnkişaf Nazirinə müraciət etdim və fikirləşdim ki, İqdisadi İnkişaf Nazirliyi yaxşı vəsait ayırar, mən də, bir az kitablarımdan nəşr etdirib özümlə apararam.

Ancaq Nazirliyin cava­bını oxuyanda az qaldı ki, ürəyim dayan­sın. Mənə cavab yazmışdılar ki; Nazirlik büdcədən maliyyələşən təşkilat olduğun­dan, sizə köməklik etmək bizim imkanla­rımız xaricindədir. Eyni cavabları mənə bəzi nazirliklər də yazmışdılar. Ancaq Ra­bitə Nazirliyinə müraciətim cavabsız qal­madı. Cənab Nazir Əli Abbasovun mənə köməkliyi oldu. Lakin bütün müraciət etdiyim Nazirlər və İcra başçıları Rabitə və İnformasiya Nazirliyi kimi isti münasibət göstərsəydilər , mən bu gün ermənilərin ən böyük lobbisi olan Fransada sərgimi keçirib ermənilərin iç üzünü dünyaya göstərərdim. Mənə köməklik edənləri danmaq kişilikdən deyil. Sayca azlıq təşkil etsələr də ancaq onların içərisində mənə dəfələrlə kömək edənlərdən , bu işə səmimi qəlbdən yanaşan Fövqaladə Hallar Nazirliyinə qeyd edərdim. Nazir Kəmaləddin Heydərovun xüsusi insanpərvərliyini köməklik etdi mən bu haqda heç yerdə , heç nə yazmadım. Bax, əsil vətənpərvər belə olmalıdır. Lakin belə insanları da qeyd etməmək də, düzgün deyil. Çünki onlar digərlərinə örnək kimi qeyd olunmalıdır. Mən ona necə təşəkkür etməyim Mənim ’’Erməni Vandalizmi” kitabım məhz onun köməkliyi sayəsində işıq üzü görübdür. Yalınız Kəmallədin Heydərova, General mayor Aydın Qasımova, General Rasim Musayevə Xaləddin İsgəndərova həkim Kərəm Kərimova. İbrahim Mehtiyevə İskəndər Səfərova Qərib Məmmədo­va Hüseyin Əlixanova. General həyatım boyu onlara minnətdaram.

Bir dəfə bir rayon İcra Hakimiyətindən mənə zəng edib dedilər ki, -.Əli bəy baş­çı deyir ki, mənim pulum yoxdur. İstəyir­sənsə gəl sənə 5 şirvan verək. Bu, ən azı mənə təhqir idi. Mən onlardan köməkliyi ailəmi dolandırmaq üçün istəmirəm, Mən köməyi ölkəmə, vətənimə xidmət üçün is­təyirəm.

Bu yaxınlarda Türkiyədən bir qrup millət vəkili ölkəmizə gəlmişdi. Hardansa "Erməni vandalizmi” kitabımdan əldə et­mişdilər. Mənim foto-şəkillərimə baxdıq­dan sonra soraqlaşıb fotoqraf Jurnalist Tahir Cəfərovun vasitəsi ilə mənimlə görüşdülər. Məni "Həyat recezs" otelinə dəvət etdilər. Tahir Cəfərov kimdi, o 50 ildir ki, fotoqrafdır . 1989-cu ildə aran Qarabağda bir çox batalyonlarda olub əsgərlərin foto şəkillərini çəkmiş və İyirmi Yanvar hadisələrinin canlı şahidi olmuş və hadisələri çəkmiş bir qeyrətli Azərbaycan övladı. Mən onlarla görüşə gedəndə erməni vandalizmi kitabımdan 60 ədədini özümlə apardım. Onlar mənimlə xeyli söhbət etdikdən sonra kitablarımdan onlara payladım. Kitab üç: rus ingilis, azərbaycan dilində olduğundan kitaba maraq çox artmışdı.

Təəssüf ki kitablardan olmadı ki, onlara əlavə verəm. Qonaqlar mənə təklif etdilər ki, Türkiyədə və Avropanın bir neçə ölkəsində foto-sərgilər təşkil olunmasını təşkil edirik, yalnız sənin gəlişin lazımdır. Mən böyük məmnuniyyətlə razılaşdım. Onun üçün bir çox Nazirliklərə, Komitələrə, İcra başçılarına müraciət etdim ki, mənə bu gərəkli işdə kömək etsinlər. Yuxanda qeyd etdiyim kimi, yalnız Rabitə və Texnalogiyalar Nazirliyi köməklik etdi. İğdir şəhərində mənim nümayəndəmin iştirakı ilə sərgi təşki olunmuşdu. İndi gözləyirəm görək ölkəmizin məmurları nə vaxt insafa gələcəklər. Kəmalləddin Heydərov kimi, Rabitə Naziri kimi.

(davamı var)