"Həmsədrlərin il ərzindəki fəaliyyəti əhəmiyyətli olmadı"

2014-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Soçidə Əliyev-Putin-Sərkisyan görüşünün baş tutması yadda qalan hadisələrdən oldu. Belə bir açıqlama ilə çıxış edən

AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev "OLAYLAR”-a deyib ki, görüşün əsas detalları ictimaiyyətə o qədər də məlum olmadı: "Amma gedən danışıqlarda prezidenlər bir-birlərinin mövqelərində dəyişiklik olub-olmadığını yəqin ki, hiss ediblər və bu da problemin həllinə yanaşmada Azərbaycan tərəfi üçün mühüm bir amildir. Daha az əhəmiyyətli görünsə də Əliyev- Oland görüşü də yadda qalan hadisədir. Ona görə ki, Fransa Minsk Qrupu həmsədrlərindən biri olmaqla bərabər ərazisində güclü erməni lobbisinin olduğu bir ölkənin başçısıdır”. Elşən Mustafayev bildirib ki, həmsədrlərin il ərzindəki fəaliyyəti, təmas xəttindəki monitorinqlər o qədər də əhəmiyyətli olmadı.