Arzuxan Əlizadə: "İstər ABŞ, istərsə də Rusiya rəsmilərinin girovların azad olunması ilə bağlı çağırışları formal xarakter daşıyır"
"Ola bilsin ki, hansısa mərhələdə həmsədrlər hərbi əməliyyatlar..."
Məlum olduğu kimi, Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma "məhkəmə" prosesi başa çatıb. Məlumata görə, "Apelyasiya Məhkəmə"si Kəlbəcər girovlarına qarşı "məhkəmə"nin qəbul etdiyi qərarı dəyişməyib.
Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm" çıxarıb.
"Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin "apelyasiya prosesi"nin başa çatması barədə yayılan məlumatı şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində təşkil olunmuş "məhkəmə prosesi"nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən "qərar"lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz.
Bu arada ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da Ermənistan tərəfinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaması ilə bağlı məsələyə münasibət bildirib: "Biz onların humanitar jest olaraq azad edilməsinin tərəfdarıyıq". Onun sözlərinə görə, bu məsələ ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın regiona səfəri zamanı da gündəmə gətirilib: "Xanım Nuland burada olarkən və sonradan Ermənistana getdikdə bəyanatlarında bildirib ki, keçmişdə mövcud olmuş çox yaxşı ənənələrin davamı olaraq humanitar jest kimi onların azad edilməsi təqdirəlayiq hal olardı".
Bununla yanaşı, Rusiya xarici işlər naziri Sergey Lavrov da bənzər açıqlama vermişdi. Ancaq Ermənistan bunların heç birinə məhəl qoymadı. Buna rəğmən, ABŞ və Rusiya öz təsir vasitələrindən istifadə etmir.
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, girovlarla bağlı ABŞ və Rusiyanın sərgilədiyi mövqe "dovşana qaç, tazıya tut" məsəlinə bənzəyir: "Hər şey göz qabağındadır. Belə olmasaydı, Ermənistanın mülki vətəndaşlarla bağlı həyasızlığı bu dərəcədə geniş vüsət almazdı. İstər ABŞ, istəsə də Rusiya rəsmilərinin girovların azad olunması ilə bağlı çağırışları formal xarakter daşıyır. Baş allatmaq üçün verilən bir açıqlamadır. Belə olmasaydı, o zaman Ermənistanın girovları dəyişməsilə məsələ öz həllini tapardı. Başqa bir tərəfdən bu bir daha onu göstərdi ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana təzyiq göstərmək həvəsində deyil. Ola bilsin ki, hansısa mərhələdə həmsədrlər hərbi əməliyyatlar başlamasın deyə girovları buraxdırsın. Belə bir jestin olacağı da istisna deyil".
Vidadi ORDAHALLI