"Paşinyan panika içindədir və belə vəziyyətində də xalqını aldatmağa çalışır”

Bu fikiləri Moderator az-a açıqlamasında AMİP-in Beynəlxalq əlaqələr üzrə sədr müavini, politoloq Elşən Mustafayev Paşinyanın hərbi birləşmələrini mövqelərdən geri çəkməsi ilə bağlı qərarını şərh edərkən deyib.

O bildirib:
"Qarbağ savaşında Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Ermənistan ordusu hər gün işağal etdiyi mövqelərdən böyük itkilərlə geri çəkilir. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan artıq bir neçə gündür ki, feyk məlumatlarla dezinformasiya yaymaqla əhalisindən həqiqətləri gizlətməyə çalışır. Paşinyan panika içindədir və belə vəziyyətdə məqbul hesab etdiyi tək yol öz xalqını aldatmaqla bağlıdır.
Azərbaycan ordusunun işğal altında olan torpaqları bir-birinin ardınca azad etməsini xalqdan gizlədə biməyəcəyini başa düşən Paşinyan anlayır ki, gec –tez bu həqqətlər ortaya çıxacaq və bu zaman xalq ən yaxşı halda onu hakimiyyətdən qovulacaq və nəticədə onsuz da panika içində olan erməni xalqının müqavimətinə birdəfəlik son qoyulacaq. Odur ki, dünən bəyanat yayaraq canlı qüvvə və texnika itkisinə yol verməmək üçün və guya güclü əks hücum hazırlanması məqsədilə bəzi mövqelərdən geri çəkilmək əmri verdiyini bildirib.
Əslində isə bu qərar Azərbaycan ordusunun qələbələsini ermənilərdən və dünya ictimayyətindən gizlətmək, onları aldatmaq üçün atılan növbəti addımdır. Çünki qorxusundan etiraf edə bilmir ki, Azərbaycan azad etdiyi torpaqları döyüşlə, minlərlə erməni əsgərinin və texnikasının məhv edilməsi ilə əldə edib. Elə təəssürat yaratmağa çalışır ki, guya bu günə kimi onlardan qaytardığımız torpaqları biz almamışıq, taktiki addım olaraq özləri müvəqqəti geri cəkiliblər. İnanıram ki, heç kim Paşinyanın könüllü geri çəkiləcəyinə inanmır və erməni hərbi birləşmələrinin ordumuz vasitəsilə torpaqlarımızdan çıxarılacağı gün yaxındadır.