Azərbaycanda bir sıra sahələrdə, xüsusən də, idarəcilikdə, ictimai-siyasi proseslərdə qadınların çəkisi günü-gündən artmaqdadır. Bəs görəsən müxalif siyasi partiyalarda vəziyyət necədir, qadınlar əks düşərgədə fəaliyyət göstərməyə maraqlıdırlarmı?
Sualı ünvanladığımız AMİP Mərkəzi Şurasının sədr müavini Nigar Əlicanlı bunları bildirdi:"Tutduqları mövqeyə layiq olan xanımlar həm Mərkəzi Şurada, həm Siyasi Şurada təmsil olunurlar, onların seçilməsində heç bir məhdudiyyət yoxdur, ümuniyyətlə siyasi mübarizədə qadın-kişi fərqliliyindən söhbət gedə bilməz. AMİP elə bir siyasi təşkilatdır ki, onun formalaşmasında və inkişafında qadınların kifayət qədər əməyi var".