ABŞ Dövlət Departamenti Rusiyanı və separatçıları Ukraynanın şərqində atəşkəsi pozmaqda ittiham edib.
Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilir.
Bəyanatda
deyilir ki, ABŞ Ukraynanın şərqindəki Debaltsevo rayonunda vəziyyətin
pisləşməsindən narahatdır: "Separatçılar açıq bəyan ediblər ki, onlar
Debaltsevoda atəşkəs rejiminə riayət etməkdən imtina edirlər. Həmin
əraziyə baş çəkmək istəyən ATƏT müşahidəçilərinin təhlükəsizliyinə
təminat verilməyib. Bu aqressiv hərəkətlər və Rusiya tərəfindən
dəstəklənən separatçıların bəyanatları bu yaxınlarda əldə olunmuş sülhə
təhlükə törədir, ağır silahların geri çəkilməsini çətinləşdirir”.
ABŞ
Rusiyanı və separatçıları dərhal hücumları dayandırmağa və Minsk
razılaşmalarının yerinə yetirilməsi üçün ATƏT-lə dialoqa başlamağa
çağırıb.