Elşən Mustafayev: "Təbiidir ki, bu gözlənti Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlıdır"
"Ancaq ABŞ-ın qüdrətini bilənlər üçün aydındır ki, onlar istəsəydi, çox şeyə nail ola bilərdi"
Pentaqon Azərbaycanda əhalinin ABŞ-a münasibətini öyrənmək üçün sosioloji araşdırma sifariş verib və ortaya maraqlı nəticələr çıxıb. Araşdırma nəticəsində Azərbaycanda ABŞ-ın nüfuzunu xeyli itirdiyi məlum olub.
Araşdırmanı ABŞ-ın Viskinson Universitetindən sosiologiya professoru, Rusiyanı, Mərkəzi Asiyanı və Şərqi Avropanı Araşdırma Mərkəzinin rəhbəri Teodor Gerber və Arizona Universitetindən adyunkt-professor Ceyn Zaviska aparıblar. Araşdırmanı ABŞ ordusunun Araşdırma laboratoriyası qrant şəklində dəstəkləyib.
Professorlar araşdırmanın nəticələri barədə "Newsweek" jurnalında dərc edilmiş geniş məqalədə məlumat veriblər.
Araşdırma göstərib ki, Azərbaycanda sadə insanlar ABŞ-ı dünya nəhəngi statusuna iddia edən, eyni zamanda başqa dövlətlərin daxili işlərinə həyasızcasına müdaxilə edən, öz maraqlarını güdən dövlət hesab edir.
Müəlliflər hesab edir ki, bu, Rusiyanın apardığı təbliğatın birbaşa nəticəsidir. Araşdırma 2014-cü ilin aprelindən avqustuna qədər Azərbaycan, Ukrayna, Rusiya və Qırğızıstanın müxtəlif şəhərlərində əvvəlcədən elmi metodlarla seçilib müəyyən edilmiş 18 fokus-qrup arasında keçirilib. Məlum olub ki, araşdırmanın aparıldığı qalan ölkələrdə də əhalinin ABŞ-a qarşı münasibəti əsasən mənfidir.
Kişilərdən ibarət fokus-qruplarda birmənalı olmayan fikirlər səslənib. Respondentlər ABŞ-ın hərbi gücü, iqtisadiyyatı və demokratiyası barədə müsbət fikirlər desələr də, bu ölkənin demokratiyanı yaymaq səyləri barədə ancaq mənfi danışıb.
"ABŞ özü üçün demokratikdir, başqa ölkələr üçün yox. Bütün bunların hamısı ancaq sözdür, onlar heç vaxt yerli əhalinin əvəzindən onun etməli olduğunu etməyəcək. Onlar demokratiya qurmurlar".
Araşdırmanın nəticəsi olaraq professorlar təklif edir ki, ABŞ bu regionda özünün "yumşaq gücünü" bərpa etmək üçün QHT-lərə birbaşa dəstəyi azaltmalıdır. Çünki ABŞ həmin ölkələrdə QHT-lərə kömək etməklə onlara "ayı xidməti" göstərir.
ABŞ-ın Azərbaycandakı nüfuzunun bu şəkildə zədələnməsi nə ilə bağlıdır?
Azərbaycan Milli İstiqlal Partiyasının katibi Elşən Mustafayev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu məsələdə "uman yerdən küsərlər" prinsipi keçərli olub: "Son illər ərzində tək ABŞ-ın nüfuzuna ciddi zərər dəyməyib. Əksər Qərb ölkələrinin də Azərbaycandakı hörməti əvvəlki səviyyədə deyil. Ancaq sadə vətəndaşların əsas gözləntiləri ABŞ-dan olub. Təbiidir ki, bu gözlənti Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlıdır. Elə bir azərbaycanlı tapa bilməzsən ki, bunu istəməsin. Rəy sorğusu da sadə təbəqə arasında keçirilib. Ola bilsin ki, professional siyasətlə maraqlanan təbəqə bir qədər fərqli düşünür. Ancaq ABŞ-ın qüdrətini bilənlər üçün aydındır ki, onlar istəsəydi, çox şeyə nail ola bilərdi. Ən azı Yaxın Şərq və başqa ölkələrdə demokratiyanın bərpası adı ilə ABŞ-ın hansı mövqeni ortaya qoyması hamıya gözəl məlumdur".