Elşən Mustafayev: "Son 8 ildə demokratların hakimiyyəti dövründə dünyada baş verən iqtisadi böhran, ABŞ-ın özündə olmuş maliyyə və ipoteka böhranları da narazı insanların sayını artırmışdı"
Hazırda bütün dünya demək olar ki, Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinin nəticələrini müzakirə edir. Səbəb əksəriyyətin gözləmədiyi halda Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkilərdə qələbə qazanaraq Amerikanın sayca 45-ci prezidenti seçilməsidir. Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə də elə bu mövzu ətrafında söhbətləşdik
-Elşən bəy, Birləşmiş Ştatlardakı seçkilərin nəticələri gözlənilən idimi?
-Donald Trampın bu seçkilərdə ciddi səs alacağı gözlənilirdi. Amma bütün sosioloji sorğular aralarında səs faizlərinin fərqi az olsa belə, Hillari Klintonu bu seçkinin qalibi kimi göstərirdi. Hətta müşahidələrim onu göstərdi ki, İnkişaf etmiş Avropa ölkələrinin sakinləri belə 9-u səhər yoxudan durub nəticələri görəndə şokda idilər. Adətən ABŞ-da ya demokratların, ya da respublikaçıların namizədləri ardıcıl iki dəfədən artıq prezident olmurlar. Obama artıq demokratların namizədi kimi 2 dəfə seçilib. Hələ bir neçə il öncə mütəxəsislər novbəti prezidentin respublikaçı olacağlnl deyirdilər. Amma kimsənin ağlına siyasətdən kənar bir namizədin seçiləcəyi gəlmirdi. Eyni zamanda indiyə qədər seçkilərdə iştirak etməyən passiv seçicilərin aktivliyi də çox şeyi həll etdi. Burada fərqli ampluada, fərqli şuarlarla təbliğat aparan namizəd amili də var idi. Digər tərəfdən son 8 ildə demokratların hakimiyyəti dövründə dünyada baş verən iqtisadi böhran, ABŞ-ın özündə olmuş maliyyə və ipoteka böhranları da narazı insanların sayını artırmışdı. Hətta yaxın Şərqdə baş verənlərin də müəyyən təsiri ola bilər.
-Sizcə Amerikanın daxili və xarici siyasətində hansısa dəyişikliklər baş verəcəkmi?
-Amerikanın milli təhlükəsizlik sistemi elə fəaliyyət göstərir ki, xarici və daxili siyasət bütün prezidentlərin dövründə bu doktrina üzrə davam edir. Bu istiqamətlərdə fəaliyyət növlərinə zaman- zaman müəyyən dəyişikliklər edilsə də, hədəflər hər zaman dəyişməz qalıb. ABŞ prezidentləri komanda ilə dövləti idarə ediblər ki, bu da oturuşmuş bir sistemdir. Hələ bu sistemi poza bilən və ya pozmaq istəyən prezident olmayıb. Konqresin də ölkənin idarəetməsində söz sahibi olması unudulmamalıdır. Yeri gəlmişkən bu seçkidə həm də konqresə nümayəndələr seçilirdi və respublikaçılar burada da çoxluğu əldə ediblər. Respublikaçılardan Mc Keyn və onun kmi xeyli nüfuzlu siyasətçi konqesə yenidən seçiliblər. Hansı ki onların əksəriyyəti Trampın seçki kompaniyası dövrü səsləndirdiyi bir çox fikirləri bölüşmürdülər. Heç Tramp özü də dediyi fikirlərin bir çoxunu həyata keçirməyə cəhd göstərməyəcək. Seçkidən sonra qalib namizəd kimi tərəfdarları qarşısında çıxış edən artıq tamam başqa Tramp idi. Təmkinli, nəzakətli, soyuqqanlı halda Ameraka maraqlarının hər zaman onun üçün öndə olacağını bildirdi. Hələ dünən prezident seçiləcəyi halda Hillari Klintonu həbs etdirəcəyini deyən Tramp, bu gün onu ABŞ-ın nüfuzlu siyasətçisi, ölkə üçün çoxlu uğurlu işlər görən birisi kimi qiymətləndirib təşəkkür etdi. Onun çox gözəl kampaniya apardığını vurğuladı.
-Trampın iqtisadçı olduğunu nəzərə alsaq yaxın vaxtlarda hansısa qlobal iqtisadi proseslərin baş verəcəyi gözlənilirmi?
-Qeyd etdiyim kimi ABŞ hakimiyyəti sistemlə idarə olunur. Buna baxmayaraq Demokratlar və Respublkaçılar sol mərkəz və sağ mərkəz partiyaları olaraq müəyyən fərqli iqtisadi baxışlara malikdirlər. Bu da əsasən özünü vergilərin az və ya çox olmasına, bazar münasibətlərində dövlətin roluna və digər bir sıra məsələlərə yanaşmada göstərir. 8 ildir ki, hakimiyyədən kənar olan respublikaçların komandası sözsüz ki, yeni nələrisə etməyə çalışacaq. Yaddan çıxarmayaq ki, Birləşmiş Ştatlar hələ də adambaşına düşən ümumdaxili məhsula görə dünyada birincidir. Hazırda ölkənin fond birjalarında hər hansı təlatüm hiss olunmur. Halbuki, Tramp seçiləcəyi halda birjalarda vəziyyətin kritik olacağını deyənlər də var idi. Bütövlükdə iqtisadiyyatda neqativ proseslərin olacağıni isə gözləmirəm.
- Xüsusilə Yaxın Şərq və Rusiya ilə bağlı Amerika bundan sonra hansı siyasəti yürüdəcək?
-Bir qayda olaraq Amerikada görülən işlərin davam etdirilməsi ənənəsi var .Bu ənənəni pozmaq bir nəfərin iradəsindən asılı deyil. Yadınıza salın, İraq müharibəsi respublikaçıların zamanında başladı, demokratlar onu davam etdirib yekunlaşdırdı . Baxın bu günlərdə yenə də İŞİD-lə münarizə məqsədilə İraq hökumətinə hərbi dəstək əməliyyatlarına başlayıblar. Yaxın Şərq, Afrikaının bir çox ərəb dövlətlərindəki problemlər demokratların zamanında başlayıb və belə görürəm ki, respublikaçılar eynilə bu problemin həlli ilə məşğul olacaqlar. Proses fərqli üsullarla gedə bilər, amma eyni nəticəyə hesablanmış fəaliyyət olacaq. Rusiya məsələsinə gəlincə isə, iki dövlətin əsas toqquşduğu nöqtə Krım və Suriya məsələsidir. Burada hər iki dövlət, xüsusilə Rusiya Obama hakimiyyəti ilə o qədər qarşıdurmaya gedib ki , indi nüfuzunun düşəcəyindən ehtiyat edərək xırda məsələlərdə belə geri çəkilmək istəmir. İndi isə tamam bir başqa mənzərə yaranır. ABŞ-da yeni prezident seçilir, hansı ki, hələ kampaniya dövründə rus siyasətçiləri onun seçilməsini istədiklərini açıq şəkildə efirlərdə səsləndirdilər. ABŞ- da isə onu Putinə simpatiyası olan kimi qələmə verirdiər. Mən hesab edrəm ki, iki dövlət arasında olan gərgin münasibətlərin dərəcəsinin gələn ildən bir qədər aşağı düşmə ehtimalı ola bilər. Amma hədəflər və hədəfə çatmaq istəyi əvvəlki kimi də qalacaq. Burada söhbət gələcəkdə kimin daha çox güzəştə getməsindən gedə bilər, düşünürəm ki, bu ABŞ olmayacaq.