Tədrisin fundamental istiqamətlərinin müəyyənləşdirilməsi. İon-enerji-nanotexnoloji üsul
Ağıl hər bir sirrə yol tapsın deyə
O, verdi fikri elme, biliyə
Göylərin qoynunda fikri dolaşdı
Bağlı qapıların sirrini açdı.
N.Gəncəvi
1.Hər bir fənnin mövzuları arasında əlaqənin tapılması və müəyyənləşdirilməsi.
2.Blok şəklində keçirilən fənlərin müəyyənləşdirilməsi.
3.Hər bir fənnin digər fənlərlə əlaqəsinin müəyyənləşdirilməsi.
4.Həmin əlaqələrdə maddə-ion və enerjinin hərəkəti, yerdəyişməsinin əsası kimi götürülməsi.
Bioloji elmlərdə canlı hüceyrənin oyanmasi və ləngiməsi proseslərinin əsas aparıcı nöqtələri tapılmalıdır.Ümumiyyətlə həyat oyanma və ləngimə reaksiyalarının koordinasiyasından asılıdır.Oyanma və ləngimə isə enerjinin artması və azalması kimi qəbul edilməlidir.
Bu mənada enerjinin yaranmasında iştirak edən ionların xüsusiyyətləri bilinməlidir, yəni hansı ion hüceyrəni oyadır, hansı ion isə ləngidir.
Mendeleyev cədvəli bu əsasda tədris olunsa, şagird və tələbələrimiz elmdə, hətta həyatda baş verən oyanma və ləngimə hadisələrinin ion səviyyəsində belə mexanizmini düşünərdilər.
Bu istiqamət insanların və təbiətin fiziki, mənəvi sağlamlıqlarındakı rollarının açılmasında elmi dərrakəni əsaslandırardı.Hətta qanunlarımızın da bu istiqamətdə işlənilməsinə səbəb olardı.
Məsələn, psixotrop dərman maddələrindən litium duzları maniakal-depressiv psixozun maniakal fazasında xəstələri sakitləşdirir, maniakal oyanıqlığı zəiflədir.Yeni litium duzları xəstədə yaranmış anormal oyanmanı "söndürür”, artıq "enerjini” özünə çəkir.
Deməli, litium enerjini udur.Əksinə natrium , kalsium oyanmanı artırır , enerjinin həmin müddətdə artmasına səbəb olur.Onda normal funksiyalarla patoloji funksiyaların arasındakı əlaqələri dərk etmək və bu prosesləri ion səviyyəsində-enerji dətişkənliyini nəzərə almaqla idarə etmək mümkün olardı.
Təklif –ion səviyyəsində tədrisin təşkilini təmin etmək təsəvvür edin,Azərbaycan elmini dünyada hansı səviyyəyə qaldırardı və bundan cəmi təsərrüfat sistemində belə çox uğurlu nəticələr alardıq.Elmimizi dünya səviyyəsinə çıxartmağın ən əsas yolunu mən belə dərk edirəm.Bu gün Azərbaycan təhsilinin tədrisinin əsas problemi mövzular arası və fənlərarası əlaqələrin qurulmasının əsas aparıcı nüvəsinin tapılmamasıdır.Mən bu nüvəni oyanma ( enerjinin artması) və ləngimə ( enerjinin azalması) reaksiyalarının əsasını təşkil edən ionların özlərinin hansının oyandırıcı və ya ləngidici olmağının müəyyən edilməsi ilə işə başlanılmasında görürəm.
Enerji var, həyat var, enerji sönürsə həyat da sönür.Təbiət bunlarla yaşayır və enerjinin yerdəyişmə gücünü hər an bizə sübut edirsə, nə üçün tədrisimizdə də bu asan, başa düşülən, dərk olunan təbii-praktik üsuldan istifadə etməyək.
İnsanın yaşından , cinsindən , genindən və digər amilləri nəzərə almaqla ayrı-ayrı orqanların norma və patologiyalar zamanı enerjisini ölçmək niyə mümkün olmasın.Hər bir orqanın hansı vəziyyətdə daha ekonomik işləməsini niyə müəyyənləşdirmək olmasın.Bu istiqamətdə nəinki bioloji elmlər, hətta ekonomik elmlərin də bu sahədə dünya elminə yenilik gətirəcəyi belə başa düşünüləndir.Nəticədə insan və təbiət münasibətlərinin sağlamlıqdakı ən əsas əlaqə-vasitə olduğunu dərk etməklə, hətta təsərrüfat problemlərinin də normal işlək mexanizmlərini tapmaq olardı.İnsan beynində 100 milyard hüceyrə-neyron olduğu məlumdur.Hər bir-iki neyron arasında sakitlik zamanı 60 mv enerji, insan düşüncə gücünü artıra bilsə bu enerjinin miqdarı 120 mv çatır.120 mv-in 50 milyarda vurun görün Uca Tanrı insana nə qədər güc verib.Nə üçün bu düşüncə enerjisindən düzgün istifadə etməyək.
İnsan-Təbiət-Təsərrüfat-Cəmiyyət əlaqələrinin ion-enerji çərçivəsində araşdırılması Azərbaycanı dünyanın yeni elmi mərkəzinə çevirərdi.
Aydın Əliyev, ATU-nun dosenti, tibb üzrə fəlsəfə doktoru
P.S.Mendeleyev cədvəli- ionlar, hərəkət-enerji, reaksiyalar oyanma və ləngimə.Bu açarları işə salmağı bacarmaq lazımdır.