"Biz həmişə istəmişik ki, partiyaların Qarabağla bağlı mövqeyi eyni olsun. Bütövlükdə götürsək, əksər partiyaların Qarabağla bağlı mövqeyi qənaətbəxş deyil". Bunu "modern.az"a müsahibəsində Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.
QAT sədrinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların bəziləri hansısa mərkəzlərin, beynəlxalq təşkilatların nümayiş etdirdiyi mövqeyə uyğun fikirlərini bildirməyə çalışır. "Bir sözlə, siyasi partiyalarda Qarabağ problemi ilə bağlı qeyri-müəyyənlik var" deyən A.Nağı bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq təşkilatların vasitəçiliyi ilə öz həllini tapmayacaq.
Akif Nağının dediklərinə münasibət öyrəndiyimiz siyasi partiya nümayəndələri isə QAT sədrinin fikirləriylə razılaşmırlar. AMİP Siyasi Şurasının üzvü Əli Orucov Akif Nağının iradlarını və qınaqlarını müəyyən qədər haqlı sayır. Onun sözlərinə görə, ancaq Akif Nağının özü də çox yaxşı anlayır ki, Qarabağ problemi Azərbaycanın problemi miqyasından çıxarılıb. "Münaqişə tərəfləri arasında vasitəçilik missiyasını həyata keçirməli olan ATƏT-in Minsk qrupu ona verilmiş mandatı aşaraq problemin birbaşa həllinə cavadeh olan quruma çevrilib. AMİP olaraq da bu qurumdan zaman-zaman narazılıq və giley-güzarımızı bildirmişik".
Bununla belə, AMİP təmsilçisi QAT sədrinin subyektlivliyə də yol verdiyi qənaətindədir. "Başqa partiyalar barəsində danışa bilməsəm də konkret olaraq AMİP haqqında deyə bilərəm ki, bizim üçün Dağlıq Qarabağ problemi prioritet olub. 2010-cu ildə partiya mütəxəssislərin iştirakı ilə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mükəmməl sənəd hazırlayıb və həmin sənəd partiyalar, QHT-lərlə görüşdə onların müzakirəsinə verilib. Şəxsən mənim də iştirakımla QAT qərargahında da hazırladığımız həmin sənəd diqqətə çatdırılıb və bəyənilib. Dəfələrlə ərazi bütövlüyümüz və ölkənin təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlər keçirmişik. Dağlıq Qarabağ problemi ilə hər hansı bir alver və sövdələşmələrin qəti əleyhinə olmuşuq və tərəfimizdən belə cəhdlər pislənib".
Orucov deyir ki, Ermənistan-Azərbaycan münaqişəninin həlli ilə bağlı AMİP-in mövqeyi dəyişməz və konkretdir. "Biz bu problemin çözülməsini hərbi-siyasi yolda görürük. Hesab edirik ki, Azərbaycan BMT, eləcə də digər nüfuzlu beynəlxalq və regional təşkilatların qəbul etdiyi qətnamələri əsas tutaraq torpaqlarını işğaldan təmizləməli, qaçqın vətəndaşlarını öz doğma yurd-yuvalarına qaytarmalıdır. Beynəlxalq hüquq normaları və prinsipləri də buna tam zəmin yaradıb".
Müsavat Partiyası başqanının müavini Elman Fəttahın "Ekspress"ə bildirdiyinə görə, Müsavatda "Qarabağın uğur paketi" hazırlanıb və partiya bununla bağlı hər zaman öz proqramlarını elan edib: "İndinin özündə də Müsavat Partiyası Qarabağ məsələsini hər zaman gündəmdə saxlayır. Partiyanın gündəliyində işğal olunmuş topaqların azad edilməsi birinci dərəcəli məsələdir".
E.Fəttah onu da bildirib ki, 2-3 gün əvvəl Müsavat Partiyası Şuşanın işğalının növbəti ildönümü ilə bağlı Şəhidlər Xiyabanını, Şuşa döyüşlərinin əfsanəvi qəhrəmanı Ramiz Qənbərovun məzarını ziyarət edib. "Biz bu prosesləri gündəmdə saxlamağa çalışırıq. Digər tərəfdən də öz təkliflərimizi bildirmişik".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı rəhbərlik etdiyi təşkilatın hər zaman Azərbaycan reallıqlarını, problemlərini dilə gətirdiyini, Minsk qrupu həmsədrlərinin fəaliyyətini kəskin tənqid etdiyini vurğulayıb: "Biz Azərbayacana qarşı ikili standartların üzərinə gedirik. Siyasi partiya olaraq bundan artıq nə etməliyik? Yəni Konstitusiya ilə bizə verilmiş səlahiyyət çərçivələrimiz var. Şəxsən Ana Vətən Partiyası bu çərçivə əhatəsində hər zaman işğal olunmuş torpaqların azad edilməsi istiqamətində mübarizə aparır".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Akif Nağının ümumi qiymətləndirmə apardığını bildirərək, bu fikirlərlə razılaşdığını deyir. O da Azərbaycanda Qarabağ probleminə partiyaların münasibətinin zəif olduğununü güman edir: "Amma başqa partiyalardan fərqli olaraq biz öz sturukturumuzda Dağlıq Qarabağla bağlı xüsusi "Qarabağ Departamenti" formalaşdırmışıq. Onun da rəhbəri keçmiş batalyon rəhbəri Şakir Ağayevdi. Mütəmadi olaraq Qarabağla bağlı rəylərimiz, münasibətlərimiz və tədbirlərimiz olur".
Quliyevin sözlərinə görə, bir neçə partiyanın Qarabağ məsələsi istiqamətində fəaliyyəti yetərli sayılmamalıdır. Müsahibimiz bütün partiyalarda bu tip təcrübələrin keçirilməsini zəruri sayaraq, eyni zamanda bunun həyata keçirilməsi üçün heç bir birliyə ehtiyac duyulmadığını vurğulayıb.
İradə CƏLİL