AMİP Lideri Etibar Məmmədov partiya Siyasi Şurasının üzvü, veteran Milli İstiqlalçı, xalq hərəkatının fəal iştirakçılarından olan xanım Ceyran Ənsəri yubleyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli, Ceyran xanım!
Sizi 65 illik Yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə uğurlar arzulayıram! Ötən əsrin sonlarında başlanan Milli Azadlıq Hərəkatı yüz minlərlə soydaşımızın uzun illərdən bəri şüuruna hakim kəsilən müstəqillik, azadlıq və bütovləşmə ideyalarının gerçəkləşməsinə yol açdı. İnadkarcasına aparılan mübarizə parlaq qələbə ilə başa çatdı və bu mücadilədə Sizin kimi Azərbaycanın mərd qadınları müstəsna rol oynadılar. Siz xaqlını və millətini candan sevən xanım olaraq həmişə ön sıralarda dayandınız. Daşıdığınız ali ideyaların həyata keçirilməsi istiqamətində yorulmadan irəliyə doğru addımladınız. Ölkənin ilk siyasi partiyasının-Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasında, təşkilatlanmasında və inkişafında böyük zəhmətiniz vardır. Göstərdiyiniz fəaliyyət həmişə yüksək qiymətləndirilib və böyük etimad qazanmısınız. Ölkəmizin demokratikləşməsi və sivil dünyanın ayrılmaz tərkib hissəsinə çevrilməsi, eləcə də hüquqi cəmiyyətin qurulması üçün bu gün də yorulmadan çalışır, mücadilə edirsiniz. Sizin keçdiyiniz yol, yaşadığınız həyat, göstərdiyiniz fəaliyyət qəhrəman Azərbaycan qadınının bariz nümunəsidir. İnanıram ki, arzusunda olduğunuz və illərlə həsrətini çəkdiyiniz Bütöv, Çiçəklənən və Demokratik Azərbaycana tezliklə qovucaşaqsınız. Bu yolda apardığınız sərəfli mübarizədə Sizə uğurlar arzulayıram!
Sizi bir daha təbrik edir, bundan sonra da Milli İstiqlalçılarla çiyin-çiyinə yeni-yeni nailiyyətlər qazanmağınızı arzulayıram!
Hörmətlə, Etibar Məmmədov
Azərbaycan Milli İstiqlal Partiyasının Lideri
Millət