AMİP Lideri Etibar Məmmədov Əli Ələkbərovun vəfatı ilə bağlı başsağlığı verdi

Tanınmış vəkil Əli Ələkbərovun vəfatı xəbərini dərin hüznlə qarşıladım. Ə.Ələkbərov Azərbaycanda müstəqil vəkillik institutunun formalaşmasında və cəmiyyətdə nüfuz qazanmasında zəhməti keçən vəkillərimizdən olmaqla yanaşı, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasında ardıcıl mübarizə aparan vətənpərvər ziyalılarımızdan biri idi. 
 
O, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edirdi.. Ə.Ələkbərov təcrübəli bir siyasətçi kimi də özünü təsdiq etmişdi. Siyasi fəaliyyətinə AMİP-də başlayan Ə.Ələkbərova dəfələrlə etimad göstərilərək o, partiyanın ali seçkili orqanlarına seçilmişdir. AMİP Siyasi Şurasının üzvü, AMİP Mərkəzi Şurasının sədri kimi partiyanın cəmiyyətdə daha da möhkəmlənməsində əvəzsiz xidmətlər göstərmişdi. Ə.Ələkbərov kimi silahdaşımızın vəfatı milli istiqlalçılar üçün də böyük itkidir. 
 
Əli Ələkbərovun vəfatından kədərləndiyimi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.
 
AMİP Lideri Etibar Məmmədov
 3 dekbr 2020