"Martın 15-nə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şuranın iclası çağırılıb”
Bu barədə Simsar.az-a AMİP-in baş katibi Arzuxan Əlizadə məlumat verib.
Onun
sözlərinə görə, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ötən
seçilərdə də iştirak edib. Həmin dönəmdə 70 dairə üzrə namizədimiz olub:
"Yeni Azərbycan Partiyasından (YAP) sonra AMİP təkbaşına və irəli
sürülən namizədlərin sayına görə ölkə üzrə ikinci yerdə idi. Beşinci
çağırış parlament seçilərində partiyanın iştirakı ilə bağlı prosesə
başlamışıq. Martın 15-nə Mərkəzi Şuranın iclası çağırılıb. Həmin iclasda
gündəlikdə duran məsələlərdən biri də qarşıda gələn parlament
seçkiləridir. İclasda ilkin olaraq partiya üzvlərinnin hansı dairələr
üzrə namizədliyinin irəli sürülməsi və partiyanın seçkilərdə iştirakı
ilə bağlı məsələlər müzakirə olunacaq.Yəqin ki, bundan sonra mətbuata
geniş açıqlama veriləcək”.
Keçiriləcək iclasda partiya lideri Etibar Məmmədovun iştirakı ilə bağlı məsələyə aydınlıq gətirən A.Əlizadə bildirib ki, Etibar bəy, dəvət olunarsa, bəzi hallarda iclaslarda iştirak edir: "Vacib məsələr olmayanda iştirak etmir. Bu iclasda da iştirak edib-etməyəcəyi hələlik dəqiq deyil”.
Partiyanın baş katibi seçilərdə şəxsən namizəd olacağı
ilə bağlı məsləyə də münasibət bildirib: "Çox böyük ehtimalla seçkilərdə
iştirak edəcəm. Amma hansı dairə üzrə namizədliyimi irəli sürəcəyimlə
bağlı qərara gəlməmişəm”.