T Ə B R İ K
Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından biri və Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının həmmüəllifi olan fədakar, ləyaqətli, vətənpərvər bir insanın, tanınmış hüquqşünas Fuad Ağayevin 60 yaşı tamam oldu.
Fuad Ağayev ali ideyaları özündə yaşadan, Vətən və Millət sevgisini daim əziz tutan, xalqının dərdini və sevincini paylaşa bilən, onun haqq səsini ucadan deməyi bacaran əqidəli insan, dəyərli istiqlalçıdır. 30 ildən artıq bir müddət ərzində Azadlıq, Müstəqillik və Milli İstiqlal ideyaları uğrunda fəal iştirakı Fuad Ağayevin bu ali ideyalara nə qədər bağlı olduğunu bir daha təsdiqləyir.
Fuad bəyi ad günü münasibətilə təbrik edir, ona ilk növbədə sağlam uzun ömür diləyirik!
Fəaliyyətinin əsas qayəsi ölkəmizdə demokratik dəyərlərin və sivil münasibətlərin inkişafı, Azərbaycanımızı dünyanın qabaqcıl və inkişaf etmiş dövləti kimi görmək olan Fuad bəyə bu şərəfli yolda bundan sonra da böyük uğurlar arzulayırıq.
Hörmətlə, Milli İstiqlalçılar