Ukraynanın şərqində rusiyapərəst separatistlər və Ukrayna qüvvələri
arasında döyüşlər nəticəsində dörd mülki vətəndaş həlak olub.
Keçən ay əldə olunmuş atəşkəsə regionun çox hissəsində əməl olunsa
da, separatistlərin istinadgahı və nəzarəti heç bir tərəfin əlində
olmayan Donetsk şəhərinin hava limanı uğrunda hərbi qüvvələrlə
rusiyapərəst üsyançılar arasında dəfələrlə toqquşmalar baş verib.
Orta məktəb direktoru Andrey Udovenko döyüşlərin ardı-arası
kəsilmədiyini, silah səslərinin rahat eşidildiyini və raketlərin
məktəbin yaxınlığındakı yaşayış məntəqələrinə düşdüyünü deyib.
Donetsk şəhər sakini Lubov Mixailovna bildirib ki, axşam yemeyi
zamanı evləri raketlə vurulub. Xoşbəxtlikdən ailə üzvlərindən xəsarət
alan olmayıb.
Aprel ayında başlayan hərbi qarşıdurmalar nəticəsində 3500 insan həyatını itirib