Atəşkəs rejimi onsuz da hər zaman kövrək olub

Əli Orucov: "Atəşkəs hər zaman müvəqqəti olub”

Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlarda görüşü gözlənilir. Bu görüşün baş tutub, tutmaması hələ ki, dəqiq deyil. Əgər bu görüş baş tutarsa və prezidentlərin bu görüşündən danışıqların davam etdirilməsi üçün atəşkəs razılaşması əldə olunarsa, cəmiyyətdə bu necə qarşılanar?

AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə isə, atəşkəs əldə olunsa belə erməni təxribatı davam edəcək:

"Atəşkəs rejimi onsuz da hər zaman kövrək olub. Bişkeş protokolundan bu günə qədər nə vaxt atəş dayanıb ki? Hər zaman Ermənistan təxribatları davam etdirib. Hər zaman Ermənistan mülki əhalini atəşə tutub. Müharibənin dayandırılmasının yeganə yolu erməniləri işğal olunmuş ərazilərdən qovub çıxarmaqdır. Atəşkəs olsa belə bunun müvəqqəti olacağı da artıq indidən bəllidir”./Cebhe.info/