Qərbi Balkanların 6 dövləti gələcəkdə geosiyasi səbəblər ucbatından Avropa Birliyi üzvü olacaq.
Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
“Bu prosesin stimullaşması AB-nin maraqlarına cavab verir”, - deyə, o bildirib.
Qeyd edək ki, Merkel Qərbi Balkan dövlətləri dedikdə Serbiya, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Monteneqro və Kosovanı nəzərdə tutub.