Əli Oruclu: "Ermənistan dövlət kimi müstəqil deyil və hətta Rusiyanın subyektlərindən də aşağı statusdadır"
"Sosial-iqtisadi vəziyyətin ağırlığından insanlar kütləvi şəkildə ölkələrini tərk edib xaricə üz tuturlar"
Ermənistanda cərəyan edən proseslər, işğalçı ölkədə baş verə biləcək mümkün hakimiyyət dəyişikliyi, eləcə də bunun Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə təsiri barədə Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclunun "OLAYLAR"-a müsahibəsi.
-Ermənistanda cərəyan edən proseslər sizcə bu ölkəni hara aparır?
-2 aprel döyüşləri zamanı Milli Ordumuzun müzəffər əks-hücumu indiyək mövcud olan vəziyyəti kökündən dəyişdi. Azərbaycanın gözlənilməz həmləsi təkcə düşmən ordusundakı zəifliyi deyil, ümumilikdə hakimiyyətin cürüklüyünü üzə çıxartdı. Erməni cəmiyyəti sanki yuxudan ayılaraq Serj Sərkisyan xuntasının əsil simasını tədricən anlamağa başladı. İnsanlar gördülər ki, onları ac-yalavac, dilənçi kökündə saxlayan, vahimə, qorxu ilə idarə edən və yalanlar üzərində qurulan hakimiyyət özünə erməni xalqının hesabına hər cür şərait yaradıb, dövləti talayıb, onu məhvə sürükləyiblər. Sərkisyan hakimiyyətinin Qarabağla bağlı uydurduqları da sabun köpüyündən başqa bir şey deyil və Azərbaycan Ordusu bir neçə günün içində hətta Ermənistanın özünə belə ciddi təhlükə yaratmaq iqtidarındadır. Bu qorxu Sərkisyanın repressiya və xunta qorxusunu üstələdi. Ona görə də erməniləri daha təhlükəsiz şəraitdə yaşamaq məsələləri qayğılandırmağa başladı. Üstəlik də sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşması prosesləri bir qədər də radikallaşdırmaqdadır. Mən hesab etmirəm ki, Serj Sərkisyan höküməti Ermənistanda daha da dərinləşməkdə olan böhranı aradan qaldırıb, bir qədər dərindən nəfəs ala bilsin. Bu gediş Ermənistanı daha ağır nəticələr verə biləcək xaosa, qarşıdurmalara aparır. Məncə bunun geri dönüşü yoxdur.
-Bəs Serj Sərkisyanın erməni cəmiyyətinin qəzəbinə tuş gəlməsinin səbəbi nədir?
-Serj Sərkisyan neçə illərdir ki, erməniləri aldatmaqla, onlara yalan vəd verməklə, ölkəni izoliyasiyada saxlamaqla məşğuldu. Bu azmış kimi özü və ətrafi korrupsiyalaşıb. 2 apreldən sonra bütün dünya da car çəkdi ki, Ermənistanda korrupsiyalaşmış hakimiyyət var. Beynəlxalq təşkilatların illik hesabatlarında Ermənistan Ordusunun korrupsiyalaşması barədə məlumatları siz də oxudunuz. Bu gün hətta erməni siyasilərinin özləri də etiraf edirlər ki, Ermənistan dövlət kimi müstəqil deyil və hətta Rusiyanın subyektlərindən də aşağı statusdadır Sosial-iqtisadi vəziyyətin ağırlığından insanlar kütləvi şəkildə ölkələrini tərk edib xaricə üz tuturlar. Qalan qocalar, yaşlılar da xaricdən gələn yardımların hesabına birtəhər dolanırlar. Təbii ki, erməni cəmiyyətində onları bu kökə salan Sərksiyan hakimiyyətinə qəzəb və nifrət yaradacaq. Üstəlik də min bir əziyyətlə böyüdüb başa çatdırdıqları övladlarını da onların olmayan, başqalarının torpaqlarında ölümə göndərir. Onlar da gəlib Azərbaycan əsgərinin canlı hədəfinə çevrilib. Nə Qarabağ, nə də işğal olunmuş Azərbaycan əraziləri bəlkə heç sadə ermənilərə də lazlm deyil. Ona görə də övladlarını hər cür vasitə ilə ordudan yayındırmağa çalışırlar. Serj Sərkisyan prezidentlik dövrünü xətasız-bəlasiz başa vura bilsə, deyərdim ki, "canını gordan qurtarıb".
-Ermənistanda baş verən proseslərdə xarici qüvvələrin rolu nə dərəcədədir?
-Cənubi Qafqaz elə bir regiondur ki, burada xarici qüvvələrin maraqları tarixən toqquşub. Həm regional oyunçuların, həm də super güclərin rəqabət meydanı olub. Odur ki, xarici təsiri istisna etməmək mümkün deyil. Erməni cəmiyyəti, erməni xalqı da xaraktercə sürüşkəndir. Onlar üçün sadiq dostluq, müttəfiqlik anlayışları yoxdur. Heç illərlə qapısında yallandığı sahibinə də sadiq qalmayıblar. Fürsətcil, satqın və xain millət kimi tanınan ermənilər sizin də müşahidə etdiyiniz kimi hətta Rusiyaya da buynuz çıxarırlar. Halbuki onları yoxdan var edən, bu gündə mövcudluğunu saxlayan, himayədarları Rusiya olmasa, indi bəlkə belə adlı nə xalq, nə də millət yer üzündə olmayacaqdı. Çünki xislətləri pisdi.
-Sizcə bu proseslər Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracaqmı?
-Bunu proqnozlaşdırmaq bir qədər çətindir. Çünki Ermənistan Moskvanın əyaləti olduğundan burada xalq heç nəyi həll etmir. Hakimiyyəti Moskva formalaşdırır. Əgər Serj Sərkisyan Kremlin təliamtlarından kənara çıxsa, o zaman onu dəyişmək qaçılmaz ola bilər. Lakin müşahidələr göstərir ki, Serj Sərkisyan ələbaxan uşaq kimi Moskvanın göstərişlərini və əmrlərini hələ ki, qeyd-şərtsiz yerinə yetirir. Yetirməyə də bilməz. Əks halda ən yaxşı vəziyyətdə aqibəti Levon Ter-Petrosyan, ən pis halda isə K.Dəmirçiyan kimi olar.
-Əgər bu baş verərsə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə necə təsir göstərəcək?
-Dağlıq Qarabağ probleminin həlli Ermənistandan asılı deyil. Çünki problemi yaradan da, onun həllinə imkan verməyən də Rusiyadır. Ermənistan burada formal rol oynayır. Lakin indi mürəkkəb və dinamik şəraitdə vəziyyəti öz xeyrimizə dəyişə bilərik. Xüsusən də beynəlxalq enerji, enerji təhlükəsizliyi və kommunikasıya layihələri bizə bu fürsəti yaradır. Azərbaycan Qərb üçün də, Rusiya üçün də əhəmiyyətli və vacib ölkəyə çevrilməkdədir. Bu imkanlardan Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində istifadə etmək lazımdır. Nəzərə almalıyıq ki, torpaqlarımızı işğaldan azad edəcək hakimiyyəti bu xalq ömürlük hakimiyyət edə bilər. Yerı gəlmişkən onu da deyim ki, Azərbaycan iqtidarı erməni xalqı ilə dil tapmağa çalışmalıdır. Dağlıq Qarabağda yaşayan erməni millətindən olan vətəndaşlarımızı da, Ermənistanda yaşayan erməniləri də tapdaq altında qaldıqları xuntaya qarşı çıxmalarına sövq etməli, hətta onları özümüzə tərəf çəkməliyik. Ermənistan hakimiyyətinin indiki böhranlı vəziyyətdə olduğu məqamda hərbi əməliyyatlardan daha effektlisi bu addım olardı. Fikrimcə, Azərbaycan iqtidarı Dağlıq Qarabağda yaşayan vətəndaşlarımızı "sortlaşdırmalı", "yaxşıya", " pisə" ayırmalıdır. Baxmayaraq ki, ilan ilandır. Lakin koramala koramal olaraq yanaşılmalıdır, kürzəyə kürzə olaraq. Çünki əgər Dağlıq Qarabağdakı yaşayan erməniləri vətəndaşımız hesab ediriksə, onları da yadellilərdən, işğalçılardan ayırmalı və onlardan xilas etməliyik. Ən yaxşısı ermənilərsiz Azərbaycan olardı, lakin reallıqları nəzərə alıb, rassional düşünmək düşünmək lazımdır. Çox uzağa getməyə ehtiyac yoxdur, Rusiya ikinci Çeçen müharibəsində hansı taktikanı işlətdisə, biz də o taktikanı Dağlıq Qarabağda tətbiq edə bilərik.