AMİP Mərkəzi Şurasının üzvü, siyasi analitik Əli Orucov Qərb diplomatik
dairələrinin helikopter məsələsini dramatikləşdirməsinə münasibət
bildirib. Ə.Orucov Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq
təşkilatların öhdəliyinə verilməsini məqbul hesab etmir. O, hesab edir
ki, prosesə nə qədər çox dövlət cəlb olunursa problemin həlli də bir o
qədər çətinləşir: "Çünki hər bir dövlət, hər bir təşkilat öz maraqlarını
güdməyə və bundan qazanc götürməyə çalışır. Qeyd etməliyəm ki, Dağlıq
Qarabağ münaqişəsindən heç Ermənistanın özü də fayda götürmür. Münaqişə
Qafqazın barıt çəlləyi olması ilə yanaşı, həm də böyük güclərin əlində
buxovdur. Xüsusən də Azərbaycana qarşı təsir və təzyiq vasitəsidir.
Təsadüfi deyil, Qərb dairələri də, rəsmi Moskva da Bakını qorxutmaq və ram etmək üçün zaman-zaman bu münaqişədən bəhrələniblər. İndi də eyni siyasət yürüdülür. Məhz helikopterin vurulmasından sonra həmsədrlərin münasibəti bu yanaşmaların məntiqi davamı idi. Hətta, bir qədər də uzağa gedərək, Azərbaycanın beynəlxalq aləm tərəfındən tanınan sərhədləri daxilində "neytral zona” barədə də danışırlar. Bu kökündən yanlış və münaqişəyə ədalətsiz münasibətin göstəricisi idi. Məncə, Azərbaycan hakimiyyəti kimin nə deməsindən və nə düşünməsindən asılı olmayaraq Azərbaycanın milli və dövlət maraqlarında sərt mövqeyindən çəkilməməlidir.
Helikopterin Azərbaycan tərəfindən vurulmasından sonra dünya güclərini narahat edən əsas faktor – iqtidarlı-müxalifətli bütün cəmiyyətin bu məsələyə birgə mövqe sərgiləməsi idi. Bu bir daha göstərdi ki, ərazi bütövlüyümüz məsələsində siyasi düşərgə ayrımı aradan qalxır. Rusiya isə bu məsələdə ona görə susdu ki, sanksiyalara məruz qalan Moskvanın Azərbaycana çox böyük ehtiyacı var. Bütün sahələrdə Rusiya Bakının köməyinə ehtiyac və zərurət duyur. Bu yanaşma sırf Kremlin öz maraqlarından doğan susqunluqdur”. ("OLAYLAR” İA)