Şimali Koreyanın lideri Kim Çen İnin müdafiə nazirini zenit topu ilə edam etməsi bütün dünyada ciddi müzakirə predmetinə çevrilib.
Maraqlıdır, əgər Şimali Koreyadakı məlum edam növü Azərbaycanda tətbiq olunsaydı, o zaman neçə nazir, məmur və generalı rüşvət və korrupsiyaya, milli maraqlara xəyanətə, dövlət və dövlətçiliyə düşmən münasibətə, xalqın malına və canına susamasına görə qətlə yetirmək, top mərmisi ilə "mükafatlandırmaq” lazım gələrdi?
Moderator.az saytı və "Hürriyyət” qəzetinə açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov hesab edir ki, bu gün hər kəs üçün keçərli olan qanunlar faktiki olaraq elita üçün işləmir:
"Əvvəla, mən Azərbaycanla Şimali Koreya rasında hər hansı müqayisələr aparılmasını istəməzdim.
Şimali Koreyada despotik rejim höküm sürür. Dünyanın ən qapalı və yaşamaq üçün ən təhlükəli ölkələri sırasındadır. Belə vəhşi edam səhnələri də məhz despotik rejimlərdə baş verir. Azərbaycan isə tamam fərqlidir. Coxsaylı problemlərin və qüsurların olmasına baxmayaraq biz Avropanın ayrılmaz bir parçasıyıq. Ölüm hökmü isə Azərbaycanda 1993-cü ildən faktiki yoxdur, tətbiq edilmir. Lakin o da bir həqiqətdir ki, Azərbaycanda qanunlar demək olar elita üçün işləmir. İqtidar təmsilçiləri üçün qanunların gücü yoxdur. Dərəbəylik, özbaşınalıq, cəzasızlıq mühüti höküm sürür”.
Ə.Orucovun qənaətincə, ölkədəki cinayətlərin qarşısını almaq üçün Şimali Koreyadakı kimi sərt cəzaların deyil, sivil qanunvericilik əsasındakı cəzaların da tətbiqi kifayət qədər faydalı effect verə bilər:
"Şimali Koreyada xırda bir xəta, ehtiyatsızlıq, rəhbərin gözündən düşmə böyük faciələrlə nəticələnir, ən ağır cəzalar tətbiq edilir.
Bu cür sərt cəza tədbirlərinin tətbiqi də doğru deyil. Sizin dediyiniz yanaşma ilə cəzalandırmaya ehtiyac yoxdur. Üç-dörd məmur işlətdiyi suça görə layiqli cəza alsa, ölkənin birinci şəxsi qətiyyət göstərsə, inandırım sizi, Azərbaycnad heç kim qanunları pozmağa cəhd göstərməz”.