İraqın paytaxtı Bağdadda törədilən güclü partlayış nəticəsində ən az 18 nəfər ölüb, 25 nəfər yaralanıb.
İTAR-TASS agentliyinə verdiyi xəbərə görə, terrorçu-kamikadze paytaxtın Mədinət-əs-Sədr bölgəsində minalanmış avtomobili partladıb.
Qeyd edək ki, oktyabrın 7-də Bağdad və şəhərətrafında törədilən silsilə terror aktları nəticəsində 15 nəfər ölmüş, onlarla insan xəsarət almışdı.
Sentyabr ayında İraqda 1100 nəfər zorakılığın qurbanı olub, 1900 nəfər yaralanıb.