Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankara terrorunun arxasında duran qüvvənin adını açıqlayıb.
Davudoğlu Ankara terrorunu Əsəd rejiminin dəstəyi ilə
YPG terror təşkilatının törətdiyini və buna artıqlaması ilə cavab
verəcəklərini deyib.
"Suriyanın
BMT-dəki nümayəndəsi də YPG ilə əlaqələri olduğunu söylədi. Yəni bu
açıq bir əlaqədir. YPG-ni rejim qurdu. Bu gün Rusiya da YPG-ni
dəstəkləyir. Bu, rejim tərəfindən dəstəklənən bir terror hücumudur. Bu
hücuma artıqlaması ilə cavab verəcəyik. Ancaq bunun nə zaman, necə
olacağına biz qərar verəcəyik. Türkiyənin hər hücuma dəhşətli şəkildə
cavab verəcəyini görəcəklər.
Suriya
xalqının ürəyi bizimlədir və heç kimsə bu xalqı məğlub edə bilməz.
Azezdəki son hücumlar zamanı sərhədlərimizə yaxınlaşdıqları üçün YPG-ni
vurduq. Türkiyə sərhədini kim təhdid etsə cavabı belə olacaq. Daha çox
qaçqını Türkiyəyə göndərmək cəhdləri olarsa, biz mümkün olan hər şeyi
etmək hüququna malikik"
Davudoğlu Rusiyanı da sərt şəkildə tənqid edib.
"Rusiya,
yalnız sərhədərimizi pozmurdu , sərhədin digər tərəfindəki vətəndaşları
bombalıyır. Suriyada daha çox qardaşımızı öldürmək üçün bizim hava
sahəmizdən istifadə edə bilməzlər. Rusiya Azezdə, Hələbdə, Tel Rıfatda
və bir çox yerdə insani faciəyə gətirib çıxaran, məktəbləri və
xəstəxanaları də hədəf alıb. Əlbəttə ki, Suriyada atəşkəs və sülh
istəyirik. Bu mövzuda Türkiyə qədər təsirli başqa bir ölkə yoxdur. Amma
nə qədər optimist olduğumu soruşursunuzsa, optimist deyiləm. Çünki bu
ana qədər bütün bu diplomatik müzakirələr rejim, Rusiya, İran və iranlı
ünsürlər tərəfindən daha çox insanı öldürmək üzrə sui - istifadə
edilib" deyə Davudoğlu qeyd edib.