Dünyada, beynəlxalq əlaqələr və münasibətlər müstəvisində dövləti və ölkəni, həmçinin xalqı tanıtdırmanın və tanımağın əsaslarına nəzər salmaq üçün əvvəlcə "dünya” və "beynəlxalq münasibətlər” anlayışlarına bir qədər izah verək: "dünya” dedikdə, fiziki-coğrafi mənada bütün dünya xalqlarının, sakinlərinin yaşadığı ümumi bir məkan başa düşülür. Siyasi aspektdə isə dünya dövlətlərinin birləşmiş siyasi aktlarının ümumi adını özündə ehtiva edir.
Dünya siyasəti dövlətlərin daxili və xarici siyasət sistemlərinin vəhdətindən ibarət olur. Dünya iqtisadiyyatı özündə dövlətlərin daxili istehsal, maliyyə, ticarət sistemindən və beynəlxalq iqtisadi əlaqələrdən, dünya sərmayəsindən ibarət olan ümumi və şəbəkələşmiş bir sistemdir.
Ümumdünya mədəniyyəti bütün dünya xalqlarının yaradıcılıq və quruculuğunu özündə ehtiva edən rəngarəngli normalar sistemidir, vəhdətdir, həmçinin davranış konsepsiyasıdır. Ümumdünya mədəniyyətinin elementləri regionlardan-regionlara transfer edən amillərlə də formalaşır. Bu aspektdə xalqlar fərdi mədəniyyətə və oxşar mədəniyyətə sahib olurlar.
İstər coğrafi, istərsə də siyasi mənada dünya – bütün dövlətlərin birləşmiş mədəni, iqtisadi, sosial, siyasi kompozisiyasından ibarət olan bir vəhdətdir. Bu baxımdan da regionlardakı hadisələri özündə ehtiva edən qloballaşma tendensiyalarını özündə cəmləşdirir.
Dünya iqtisadiyyatı, dünya siyasəti özündə dövlətlərin daxili sistemlərinin cəmini və daxili sistemlər arasında fiziki əlaqəni təmin edən beynəlxalq münasibətləri ehtiva edir. Xəyalən belə qəbul etmək olar ki, beynəlxalq münasibətlərin "qalınlaşmış sərhəd xətləri” dünyanı əhatə edir. Bu xətlər də öz başlanğıcını məhz dövlətlərin daxili münasibətlər və əlaqələr sistemindən götürür.
Dünyanın son sərhədləri yoxdur və burada Yer kürəsinə uyğun olaraq başlanğıc və son bir-birini tamamlayır. Beynəlxalq münasibətlərdə isə sərhədlər var və regionları birləşdirir. Lokal və qlobal səviyyəli beynəlxalq münasibətlər mövcud olur. Dünya isə ümumən beynəlxalq münasibətləri əhatə edən kompozisiyaya çevrilir. Dünya tərkibcə dövlətlərin, ölkələrin daxili və xarici elementlərinin cəmindən ibarət olan bir bütövü əhatə edir.
Tanınma – proses olaraq özündə hadisələri cəmləşdirən aktlardan ibarətdir. Tanınma qəbul və razılıq prinsiplərini də özündə cəmləşdirir.
Dünyada dövlətlərin, ölkələrin, xalqların tanınması dünyanın ayrı-ayrı ölkələrində milli səviyyədə və beynəlxalq müstəvidə tanınmadan ibarətdir. Beynəlxalq səviyyədə tanınma iki və daha çox dövlət arasında tanınma kimi xarakterizə olunur. Beynəlxalq səviyyədə tanınma bir dövlətin ərazisində yaşayan əcnəbi xalqların nümayəndələri tərəfindən tanınma anlamına da gəlir. Məsələn, bir ölkə həm başqa ölkənin vətəndaşları tərəfindən tanınır, həm də üçüncü ölkədə yaşayan iki ölkənin vətəndaşları tərəfindən də tanınır.
Daha sadə yolla fikrimizi belə izah edə bilərik: məsələn, Almaniya həm ABŞ vətəndaşları tərəfindən tanınır, həm də ABŞ-da yaşayan Fransa vətəndaşları (miqrantlar) tərəfindən bir ölkə, dövlət kimi tanınır.
Dünyada, beynəlxalq münasibətlər və əlaqələr sferasında dövləti, ölkəni (ölkə – coğrafi, mədəni, iqtisadi anlam kimi qəbul olunur) və xalqı tanımanın, tanıtdırmanın öz yolları var. Bu yollar nəzəri baxımdan, eləcə də praktiki olaraq kompleks xarakter kəsb edir.
Məlumdur ki, dünyanın siyasi xəritəsini dövlətlər rəngləyirlər. Bütün dövlətlər birliyi dünya siyasi bütövünü yaratdığından, dünyanın fiziki quruluşu da məhz dövlətlərin birləşmiş konstruksiyasından meydana gəlir. Dövlətlər əsas subyektlər, aktorlar, sistemi yaradan elementlərdir. Dövlətlərin yaratdığı universal yerli təşkilatlar (bura ixtisaslaşmış –BMT-nin ixtisaslaşmış qurumları, o cümlədən UNESCO, İAEA-ing. – Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, BMT-nin digər qurumları, İSESCO – Elm, Təhsil və Mədəniyyət üzrə İslam təşkilatı, Ümumdünya Bankı; Ərəb Dövlətləri Liqası, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Avropa İttifaqı və digər regional təşkilatları) və universal dünya təşkilatını (məsələn, BMT) misal çəkmək olar) beynəlxalq törəmə aktorlardır. Dövlətlərin tanınmasında həm dövlətlərin özləri iştirak edirlər, həm də onların təmsil olunduqları təşkilatlar böyük rola malik olurlar.
Dövləti həm siyasi yolla tanımaq və tanıtdırmaq mümkündür, həm də coğrafi xüsusiyyətlərinə görə – burada təbiəti, iqlim şəraiti, təsərrüfatı nəzərə alınır – tanımaq və tanıtdırmaq mümkündür. Bütün hallar, istiqamətlər konseptual məzmunludur. Bu konsepsiya içərisində üsullar (siyasi, iqtisadi, mədəni, hərbi və s.) və vasitələr, o cümlədən müəyyən mərhələlərdə, səviyyələrdə qurulan əlaqələr, münasibətlər, əlaqələri təmin edən vasitələr yer alır. Dövləti, ölkəni tanımağın və tanıtdırmanın təsnifatı var ki, bu üsullar konsepsiyanın elementlərini təşkil edir.
Dövləti, xalqı, ölkəni tanıtdırma və tanıma aktları bir-birilərini şərtləndirən hadisələrdən ibarətdir. Tanıtdırma və tanıtma aktları tanıma konsepsiyasının bütün elementlərini əhatə edə bilir. Dünyada dövlətlərin, ölkələrin, xalqların tanınması və tanıdılması dövlətlərin aktlarından və onların məzmunundan da asılı olur. Bu baxımdan da dövlətlərin beynəlxalq mühitdə davranışları onların xarici siyasət xarakterini formalaşdırır. Bu aspektdə dövlətlərin və xalqların tanıtım kartı, tanıtım statusu meydana gəlir. Beynəlxalq aləmdə davranış xüsusiyyətləri dövlətlərin və xalqların mədəni ruhunu əks etdirir. Bu yöndə beynəlxalq aləmdə pis (məsələn, işğalçı, münaqişə yaradan dövlətlər) və yaxşı (beynəlxalq hüquqi prinsiplər çərçivəsində fəaliyyət quran dövlətlər) davranış nümayiş etdirən dövlətlər təsnifatı meydana gəlir.
Tanıtmanın, tanınmanın miqyası böyükdən kiçiyə doğru dəyişir. Siyasi dairələrdən tutmuş, elmi dairələrə qədər tanınma geniş arealda özünü sadə, adi bilik səviyyəsəinə sahib olan vətəndaşlara qədər genişləndirir və eləcə də məhdudlaşdırır. Bir ölkədə baş verən hadisələrin sürətlə geniş arenada yayılması tanınma kompleksini artırır, obyektlərin və subyektlərin dairəsini genişləndirir. Sadə vətəndaşlarda bilikləri yaradır. Məhdud tanınma isə yalnız mütəxəssislərin, tələbələrin bilik dairəsi ilə məhdudlaşır.
Böyük dövlətlər (ABŞ, Çin, Rusiya, Hindistan, Fransa, Almaniya, Avstraliya, Yaponiya, Braziliya və s.) və xalqlar (ingilislər, çinlilər, hindistanlılar, ruslar, latın amerikalılar, ərəblər və b.) dünyada və beynəlxalq aləmdə daha çox tanınırlar. Çünki onlarda tanıtım elementləri (iqtisadi, siyasi, mədəni aspektli elementlər) digərlərinə nisbətən üstünlük təşkil edir və daha çox komponentləri özündə ehtiva edir. Xalqların regionlarda geniş yayılma arealı (ərəblərin, latın amerikalıların və b.) onların regiondan kənarda da tanınmasına əsas verir. Kiçik dövlətlər isə müəyyən elementlərə görə çox tanınırlar. Məsələn, Hollandiya kiçik dövlət olmasına baxmayaraq, kənd təsərrüfatına görə dünyada geniş tanınan ölkədir. Vatikan cırtdan ölkədir, lakin dini mərkəzə görə çox tanınır. İsrail kiçik dövlətdir, lakin müqəddəs dinlərin mərkəzi kimi, eləcə də regionda siyasi gücünün təsirli olması baxımından çox tanınır.
Dünyada və beynəlxalq müstəvidə tanınmanın mənfi təbii tərəflərinə həm də şok effekti verən və təsirləri baxımından sürətlə bütün dünyaya geniş yayılması arealına görə hadisələri də daxil etmək olar.
Təsriedici hadisələr haqqında informasiya dünyada kiçik dövlətləri daha tez tanıdır. Məsələn, 2010-cu ilin yanvar ayında baş verən Haiti zəlzələsi Karib hövzəsində yerləşən bu dövlətin dünyada sürətlə tanınmasına (geniş arealda, sadə vətəndaşlar içərisində) səbəb oldu. Eləcə də 2001-ci ilin iyun ayında Nepal kral ailəsində baş verən hərbi sui-qəsd hadisəsi bu kiçik Asiya ölkəsinin dünyada tanınmasına şərait yaratdı. Həmçinin 2000-ci illərdə müharibələrə görə Əfqanıstan və İraq dünyada geniş tanınan ölkələr hesab olundular.
Şok effekti verən hadisələr həm də xalqların nümayəndələrinin, dövlət rəhbərlərinin geniş miqyasda tanınmasına şərait yaradır. Məsələn, İraq prezidenti olmuş Səddam Hüseyin, Liviya rəhbəri Müəmmar Qəzzafi, Suriya prezidenti Bəşər Əsəd, dünyada bir nömrəli terrorçu hesab olunmuş Üsəma Ben Laden və digər şəxslər son 10-15 illik hadisələrdə daha tez tanındılar. Tanınma dairəsi siyasi mühiti geniş sivilizasion mühitlə şərtləndirdi və genişləndirdi.
Bütün səviyyələrdə tanıtma, tanıtdırma maraqlara, qazanclar əldə olunmasına, dəyərlərin qorunmasına və çoxalmasına söykənir. Dövlətlər öz maraqlarını təmin etmək məqsədilə müxtəlif vasitələrdən istifadə edirlər. Məsələn, ABŞ-ın milli valyutası olan dollar bu ölkənin dünyada makro və mikro maraqlarını təmin edir. ABŞ valyutası dünya iqtisadiyyatında ABŞ monopoliyasını qoruyur. Bu ölkənin idxal və ixrac üstünlüyü ABŞ-ın dünyanın ayrı-ayrı regionlarında geosiyasi üstünlüyünə səbəb olur. ABŞ iqtisadi, hərbi və siyasi tanıtım metodlarından geniş istifadə edir. Regional münaqişələrdə, müharibələrdə və hərbi-siyasi böhranlarda (Balkanlarda, Əfqanısatan və İraqda, Liviyada, Suriyada, digər məkanlarda) həm birbaşa tək olaraq (məsələn, ABŞ ordusunun ərazilərə yeridilməsi), həm də koalisiya formasında yaxından (hərbi və diplomatik siyasi yollarla iştirak forması) iştirakı ABŞ-ın dünyada siyasi və hərbi nüfuzunu gücləndirmişdir. ABŞ xarici siyasətinin əsaslarında diplomatiya və hərbi metodlar, iqtisadi rıçaqlar ölkənin geosiyasi tanıtım formasının genşlənməsini təmin edir.
Hər bir xalqı dünyada və beynəlxalq müstəvidə ilk növbədə dövlət tanıyır və dövlət də tanıdır. Çünki beynəlxalq aktorlar (siyasi, iqtisadi aktorlar) qismində başlıca olaraq birbaşa əsas hüquqi tərəflər kimi dövlətlər iştirak edirlər. Dövlətlər öz xalqlarını təmsil edərək bir-biriləri ilə əlaqələr və münasibətlər fonunda tanıtma səhnəsinə daxil olurlar. Onlar həm ikitərəfli, həm də çoxtərəfli qaydada müqavilələr imzalayırlar, bir-birilərini beynəlxalq hüququn əsas müstəqil subyekti kimi qəbul edirlər və müəyyən obyektlər üzrə müqavilə və sazişlərdə, digər beynəlxalq hüquqi tənzimləmə vasitələrində (sənədlərdə) tərəf kimi tanıyırlar. Dövlətlər bəyanatlar yolu ilə və digər sənədlərlə beynəlxalq hüquqi tanıtım aktını həyata keçirirlər.
Dövlətlər arasında yaranan beynəlxalq hüquq normaları çərçivəsində dövlətlərə, hökumətlərə və fərdi hüquqi və fiziki şəxslərə məxsus olan iqtisadi münasibətlər və əlaqələr tanınır. Sərmayələr qəbul olunur. Ticarət əlaqələri qurulur.
Məlumdur ki, beynəlxalq münasibətlərdə rəsmi olaraq xalqları dövlətlər təmsil edirlər. Tanıtmada dövlətlərlə yanaşı (buna yuxarı mərhələli tanıtma kimi ad vermək olar), kommersiya və qeyri-kommersiya qurumları (orta səviyyədə), fərdi qaydada vətəndaşlar (aşağı səviyyədə) özləri iştirak edirlər. Dünyada və beynəlxalq müstəvidə, başqa ölkələr daxilində xalqı dövlət (siyasi-diplomatik və mülki yollarla, mədəni amillərlə), dövləti isə xalq və onun fərdi tanıdır. Bu baxımdan da dövlətin və xalqın başqa dövlətlər və xalqlar tərəfindən tanınması prosesləri üsul və vasitələr baxımından sistemli xarakter kəsb edir.
Dünyada tanınma tərəfləri qismində dövlətlər və təşkilatlar, eləcə də terror təşkilatları, qiyamçı qurumlar (vahid dövlət ərazisini pozucu fəaliyyət göstərən qurumlar, münaqişə yaradan tərəflər – Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi, Ukrayna, Gürcüstan münaqişələri və s. tərəfləri), hakimiyyətə təzyiq qrupları (ölkələrdə inqilablar edən islahatçılar, hərbi qiyamçılar və s.) iştirak edir…
(Ardı var)
Elşən Nəsibov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq