Dünyəvi Bozqurd Partiyasından təklif

Dünyəvi Bozqurd Partiyasının Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "Millət"ə daxil olan məlumata görə qərara alınmışdır ki,"TÜRKÇÜLÜK HƏRƏKATI”-nın yaranması olduqcan zəruri bir siyasi adddımdır.
Bu gün dünyanın geosiyasi xəritəsi yenidən çəkilr.

Rusiya imperiyası öz sərhədlərini genişləndirmək haqda qonşu dövlətləri təhdid edir.

Ərazilərimiz rus-erməni ordusunun işğalında,İrandan hər an təhlükə gözlənilir. Dünyanın neftlə zəngin olan ərəb dövlətlərini işğal etmiş terrorçu birləşmələrin ərazilərimizdə qanlı hadisələr törətmək ehtimalı artmaqdadır.

Türk dünyasını,Türk respublikalarını,Azərbaycanı bu təhlükələrdən xilas etmək naminə "TÜRKÇÜLÜK HƏRƏKATI” -nın elan edilməsi TÜRKÇÜ,MİLLƏTÇİ,BOZQURDÇU güclər tərəfindən tezliklə reallaşacaqdır.

Siyasi Şura, "TÜRKÇÜLÜK HƏRƏKATI”-nın yaradılması üçün bu günə qədər aparılan danışıqların qənaətbəxş olmadığını qeyd etmiş, partiya sədri Şakir Ulubəyə milliyətçi qurumlarla,partiyalarla təşkilatlar və ziyalılarla görüşlərin daha da intensivləşdirlməsi üçün təkliflərini verdi.

Qeyd edildi ki,”TÜRKÇÜLÜK HƏRƏKATI” TÜRK DÖVLƏTLƏRİ KONFEDERASİYASIONUN YARADILMASI MƏQSƏDİ İLƏ TƏŞKİLATLANIR."