Ermənilər Türkiyəni böyük təhlükə görürlər

ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib. Sorğunun nəticələrinə görə, ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Həmin ermənilərinin fikrincə, Ankaranın “erməni soyqrımı”nı tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi durumunda Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər.

Maraqlıdır ki, Ankara-İrəvan dialoqu başlasa da, sorğuya qatılanların 90 faizi “Ermənistan üçün ən böyük təhlükə”nin Türkiyə olduğunu bildiriblər. Sorğuya qatılan ermənilərin 77 faizi Azərbaycanı Ermənistan üçün təhlükə sayıb.

Millət