Əli Orucov: "Biz bir müddət cəbhədə erməni diversiyalarını görməyəcəyik"
"Onları belə addıma yalnız məcbur etmək olar"
Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünün Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu tərəfindən güllələnərək öldürülməsilə nəticələnən insidentlə əlaqədar şəhərin əsas meydanında kütləvi etirazlar başladı.
Aksiya iştirakçıları baş vermiş hadisəyə görə Rusiya prezidenti Vladimir Putindən izahat verməsini, erməni xalqından üzr istəməsini və Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxarmasını tələb edirdi.
Bir neçə gündən sonra isə Ermənistan paytaxtında başqa məzmunlu etiraz aksiyası keçirilidi. Mindən çox ticarətçi Hökumət Evinin qarşısında keçirilən növbəti etiraz aksiyasına toplaşaraq, "Dövriyyə vergisi haqqında" Qanuna etiraz edib. Nümayişçilər hökumət binasından çıxan məmurları fitə basaraq, onların "adi vəzifənin öhdəsindən gəlmədiklərini" deyiblər. Aksiyada "Qərarı ləğv edin!", "Tətil" və "Biabırçılıq" kimi şüarlar səsləndirilib. Nümayiş iştirakçılarından Samson Qriqoryan çıxış edərək, "Dövriyyə vergisi haqqında" Qanuna düzəlişlərin kiçik biznesi məhv etməyə yönəldiyini qeyd edib. O vurğulayıb ki, sahibkarlar öz mübarizələrinə son verməyəcək. Aksiyada maliyyə naziri Qaqik Xaçatryanın da istefası tələb olunub. Bir neçə aksiya iştirakçısı hökumət binasına soxulmağa çalışıb, lakin buna müvəffəq olmayıb. İki gün əvvəl isə İrəvanda əsgər anaları cəbhədə övladlarının ölməsinə etiraz edib. Qeyd edək ki, istər Gümrüdə baş verən hadisə, istərsə də iqtisadi problemlərlə bağlı növbəti izdihamlı aksiyaların keçiriləcəyi planlaşdırılır. Ermənistanın daxilində vəziyyətin bu dərəcədə gərginləşərək vətəndaş müharibəsi həddinə çatması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda olduqca ciddi proseslər başlayıb: "Artıq Ermənistanı idarə edən komanda çaşqın vəziyyətdədir. Etiraz aksiyaları səngimək bilmir. Özü də aksiyalar müxtəlif mövzuları əhatə edir. Dərindən analiz edəndə baş qaldıran aksiyaların birbaşa Qarabağ problemilə bağlı olduğu üzə çıxır. Əsgər anaları övladlarının məhz Qarabağda öldürülməsinə etiraz edir. İqtisadi problemlər ucbatından ayağa qalxanlar da problemin kökündə Ermənistanın müharibəyə cəlb edildiyinin durduğunu deyir. Gümrüdəki hadisədə də təqsirkar hakimiyyət bilinir. Qənaətlərə görə, rus qoşununu həmin ölkədə saxlayan məhz Sarkisyan hakimiyyətidir. Belə gərginliyin Qarabağ münaqişsinin həllinə prinsipial təsiri olmasa da, mövsümi yeniliyi nəzərə çarpacaq. Bəllidir ki, Sarkisyan hakimiyyəti diqqəti sosial problemlərdən yayındırmaq üçün cəbhədə atəşkəs rejimini mütəmadi şəkildə pozurdu. Hazırda isə bütün bu problemlər paralel baş qaldırıb. Biz bir müddət cəbhədə erməni diversiyalarını görməyəcəyik. Dağlıq Qarabağ məsələsini ermənilər özləri üçün milli problemə çevirib. Mənə elə gəlir ki, hakimiyyətdə kimin qalmasından asılı olmayaraq ermənilər bu məsələdə güzəştə getməyəcək. Onları belə addıma yalnız məcbur etmək olar". /Bakı Xəbər/