Böyük Britaniya parlamentinin İcmalar
Palatası (aşağı palata) hökumətə Fələstini müstəqil dövlət kimi
tanımağa çağırış yer alan qətnamə qəbul edib. Oktyabrın 13-də qəbul edilən qətnaməyə 274 deputat səs verib, 12 nəfər sənədin əleyhinə çıxıb.
2012-ci
ildə Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar
BMT Baş Məclisinin iclasında çıxarılıb və Fələstinin BMT bayrağı altında
bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır,
həmçinin ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir.