Fransa terrorçuluqla mübarizəyə 425 milyon dollar əlavə vəsait ayırır.
Terrorçuluqla mübarizə aparan dövlət orqanlarında 268 yeni iş yeri açılacaq.
Bunu yanvarın 21-də baş nazir Manuel Valls deyib.
O qeyd edib ki, təhlükəsialik qüvvələri 3 min şübhəli islamçını müşahidə eləməlidir.
O təhlükəsialik qüvvələrinin daha yaxşı silah və avadanlıqlarla təhciz olunacağını deyib.
Yanvarın 7-9-da Fransada törədilən terror aktlarında 17 nəfər ölüb.
Təkcə "Şarli Ebd" jurnalının redaksiyasına edilmiş hücumda 12 nəfər ölüb.
İslamçılar bununla Məhəmməd peyğəmbərin karikaturasını çap edən jurnaldan qisas aldıqlarını deyirlər.
Bu hücumlara görə cavabdehliyi Ərəb Yarmadasındakı Əl Qaidə qrupu üzərinə götürüb ("Azadlıq.org").