Hardan Başlanır Vətən,Məğrur
Türk Anamızın
Laylasından.
Qılınc Kimi Sərt Olan Atalarimizin Qığılcım Saçan
Baxşılarından. Uzaq Yola Çıxanda
Gövrələn
Bacımızın Əlləri Əsə-Əsə Arxamızca Atdığı Bulaq Suyundan.
Hardan Başlanır
Vətən.
Hunların Atlarının Kişnərtisindən,Dırnaqlarından
Qopan Atəşdən.
Vətən Qələbədən,Məğrurluqdan,
Kişilikdən,
Hökmüranlıqdan,Düşməni Məğlubiyətə Uğratmaqdan Başlanır.
Qələbə Ilə
Geri Dönən
Türk Igidlərini
Qarşılayan Həyalı Ismətli
Türk Qızının Qızaran Yanaqlarından Başlanır Vətən.
Vətən Alınmaz Qalaya Bənzəyən Ailədən.Körpənin
Beşiyi Başında Oxunan Döyüş Nəğmələrındən.
Vətən Qan Çanağına Dönmüş Ürəyimdən,Parça-Parça Olmuş Vətən Torpağından Başlanır.
Azərbaycan,
Millətimin Ən
Müqəddəs Kəbəsi
Olan Şuşadan
Başlanır.
Vətən Şuşadan
Başlanır