BMT-nin yeni hesabatına görə,
Ukraynanın şərqində dövlət orqanları və Rusiya tərəfdarı olan
separatçılar arasında baş verən hərbi münaqişədə indiyədək 4 min
nəfərdən çox insan həlak olub.
Təşkilatın
oktyabrın 31-nə olan məlumatına görə, 6 aydan artıqdır davam edən hərbi
qarşıdurmada qurbanların sayı 4035-ə çatıb. Sentyabrın sonlarındakı
atəşkəs razılaşmasına baxmayaraq, təkcə son 10 gündə 300 nəfər həlak
olub.
Minskdə əldə olunan razılaşmadan sonra
döyüşlərin şiddəti azalsa da, hər iki tərəfdən itkilər gündəlik qeyd
olunur. Söhbət ilk növbədə Donetsk aeroportu, Luqansk və Mariupol
yaşayış məntəqəsində baş verən qarşıdurmadan gedir.
Donetsk və Luqansk vilayətlərindən olan məcburi köçkünlərin sayı isə 930 min nəfərdən artıqdır ("Azadlıq" radiosu).