Hərəkat anlayışı və onun cəmiyyət maraqlarının tarazlaşdırılmasında rolu

 
"ARDIC” Hərəkatının təsisçisi, siyasətşünas-alim
 
(Bu yazını "ARDIC” Hərəkatının formalaşmağa başlaması münasibətilə qələmə alıram!)
 
Hər bir məfhum, anlayış özündə konseptuallığı əks etdirir. Bu baxımdan da tezis və konsepsiyanın tərkibinə çevrilir. Strukturlaşma yaradır və sistemli olaraq mexanizmləri ifadə edir. Düşüncə özü sistemi yaradır və kriteriyaları, detalları, tərkib elementləri özündə ehtiva edir. Tezis, məfhum düşüncələrə istiqamət verir və aydınlaşma prosesləri yaşanır.
 
Hərəkat dedikdə, müəyyən məkanı əhatə edən insan toplumunun duyğularının, hisslərinin, düşüncələrinin birləşməsi və axını, müəyyən məcraya yönləndirilməsi kimi qəbul edilə bilər. Hansı ki, bu axın özündə eyni və oxşar məzmunu daşıya bilər. Fərqlilik də mümkündür. Lakin bu fərqlilik baza olaraq vəhdətə, ümumi axına xidmət edir. Hərəkatın fəlsəfi mahiyyətində həm də onun məna daşıyıcılığı, tərkib yükü şərtdir. Fəlsəfi mahiyyəti onu tələb edir ki, hərəkat pozitiv maraqlara xidmət edir. Milli, etnik, dini, sosial, mədəni, humanitar, ümumilikdə insani dəyərləri özündə daşıyır. İnsan maraqlarının kəsb olunduğu sahələri bir arada cəmləşdirir. Hərəkat anlayışının fəlsəfi mahiyyəti bir tərəfdən onun forma və miqyasında, digər tərəfdən də ideya və məzmununda əks olunur. Hərəkatın sistemliliyi onun konseptuallığından meydana gəlir və özündə forma və məzmunu birləşdirir. Bu nöqteyi-nəzərdən hərəkata dəyərli aktlar, hadisələr və proseslər məcmusu kimi baxmaq lazımdır. İnsan maraqlarını daima aktiv fazada saxlayır və enerjinin toplanmasını təmin edir. Hərəkatın ən əsası insan düşüncələrinin doğru-düzgün yola yönləndirilməsindən ibarətdir ki, bu da özlüyündə faydaların əldə olunması ilə nəticələnən aktlar məcmusunu cəmləşdirir. Hərəkatın ali məqsədi insanın-insana xidmət etməsindən ibarətdir. Hərəkat (burada pozitiv hərəkatlar nəzərdə tutulur) cəmiyyətin tarazlı əsaslarla formalaşmasına xidmət edir. Maraqların paylanılmasını əks etdirir. Maraqları əhatəli formada bir arada cəmləşdirir. Hərkat insan şəxsiyyətinin yetişməsini, onun tərkib elementlərinin zənginləşməsini özündə daşıyır.
 
İnsan maddi və mənəvi kriteriyaları, keyfiyyətəri özündə cəmləşdirən individiumdur. Sosial tələbatı olan fərddir. Fərd öz ehtiyaclarını cəmiyyətdən götürür. Cəmiyyətin zənginləşməsində fərd kimi iştirak edir və ümumi mənbədən də qidalanır. Cəmiyyət də daima yüksək mənəvi amallar uğrunda mübarizə aparır. Bütün mübarizə formaları eyni və oxşar maraqlı insanları bir arada cəmləşdirir. Bu cəmləşdirmə prosesləri və axarın yönləndirilməsi özlüyündə daxili və xarici fon, mənzərə etibarilə hərəkatı əks etdirir. Bu yöndə cəmiyyət özü elə hərəkatlardan ibarət olan sosial, maddi və fiziki-mənəvi bir kompleksiyadır. Nəzərə almaq lazımdır ki, cəmiyyətləri siyasi qurumlar olaraq dövlətlər idarə edirlər. Dövlətlər tənzimedici hüquqi və siyasi tərəf kimi çıxış edirlər. Dövlətlərin cəmiyyətlər üzərində və cəmiyyətlərlə birgə hərəkətləri elə hərəkatların forma və məzmununu ifadə edir. Mahiyyətini aşkarlayır. Bu yöndə hərəkat cəmiyyətlə dövləti birləşdirən həmərylik aktlarının məcmusudur. Burada təbii ki, pozitiv, ali məqsədlərə, yüksək dəyərlərə xidmət edən hərəkatlar, insan axınları, yürüşlər, mitiqnlər, yığıncaqlar, iclaslar, düşüncə cərəyanları, fikir axınları mühüm rol oynayır. Hərəkatların başlıca məqsədi müxtəlif istiqamətlərdə və sahələrdə olan konstruktivlikdən, komplekslikdən ibarətdir. Lakin bir çox hallarda anti-pozitiv, anti-humanist aktlar məcmusu da meydana gələ bilir. Bu halda hərəkatın qarşısının alınması kimi anti-aktlar formalaşır. Deməli, pozitiv hərəkat daha geniş yayılır. Anti-pozitiv hərəkatlar isə məhdudlaşdırılmaq zərurəti ilə üzləşir. Məsələn, müharibələr, münaqişələr, böhranlar və digər gərginliklər ayrı-ayrı ölkələrin, xalqların, müəyyən qrupların korporativ, işğalçı maraqlarını özündə daşıyır. Bu kimi hərəkatların qarşısının alınmasında digərləri maraq göstərirlər və mübarizəyə qoşulurlar. Ona görə ki, maraqların çarpazlaşması prosesləri yaşanır. Maraqlar toqquşanda və kəsişəndə hərəkatların rəvan gedişində problemlər üzərə çıxa bilir.
 
Hərəkatların yaranması zərurətləri olur. Müəyyən sahələrin, təbəqələrin birləşməsi özlüyündə istəklərin bir axara yönlənməsini zəruri edir. Bu zərurət hərəkatları yaradır. Hərəkatlar həm də hücuma qarşı mübarizə məqsədilə də təşkil olunur. Məslən, işğala qarşı və milli maraqların tapdanması anında hərəkatın başlanılması müşahidə olunur. Xalqın mübarizəsi, ayağa qalxması özlüyündə xalq kütləsinin hərəkatının meydana gəlməsini ehtiva edir. Azadlıq hərəkatları, işğalçılığa və soyqırıma qarşı etiaz hərəkatları müsbət və özünü müdafiə aktları kimi arakterizə olunur. Bu yöndə müharibələrin özləri də hərəkatlar kimi təsnif oluna bilər.
 
Məlumdur ki, cəmiyyəti formalaşdıran sivil topludur. Ayrı-ayrı təbəqələrdir. Müəyyən maraqlar ətrafında birləşmiş qruplrtadır. İnsan toplumu cəmiyyətdə maraqların bölünməsini özündə ehtiva edir. Maraqlar müstəvisində paralelliklər, kəsişmələr, harmoniya və disharmoniya mövcuddur. Lakin bu kimi vəziyyətlər özlüyündə vəhdəti yaradır və bütövlüyün tərkibini müəyyən edir. Hərəkat bu baxımdan bütövlüyün tərkibində bir hissə kimi baş verir, eləcə də ayrı-ayrı hissələrin bütövləşməsini qarşısına məqsəd və vəzifə kimi qoyur. Ümumxalq hərəkatı ümumi birliyin təməlində dayanır, onu təmin edir. Ümumxalq hərəkatı ayrıca bir hissədən başlayıb bütün cəmiyyəti, xalqı əhatə edə bilir. Cəmiyyətin maraqları oxşar və eyni kriteriyalar, ölçmələr, dəyərlər, etalonlar üzrə bölünür. Bu eynilik həm də fərqliliyi daşıyır. Hər kəs öz hərəkəti ilə cəmiyyətin formalaşmasında iştirak edir, strukturunun formalaşmasını təmin edir. Bu baxımdan tərkib üzvünə, subyektinə çevrilir. Kompleksiyada iştirak edir. İnsanlar fərd və şəxsiyyət amili ilə bir arada cəmləşirlər. Bundan enerji alırlar, güc əldə edirlər. Bir arada cəmləşmə özü elə hərəkatın formalaşması mənasını verir. Hərəkatın formalaşmasında ideyalar, təkliflər, təşəbbüslər ümdə rola malik olur. Çağırışlıar və ona cavab vermələr hərəkatın başlanmasını və davamını təmin edir.
 
Dövlət hərəkat subyekti və tənzimləyicisi kimi. Qeyd olunduğu kimi, dövlət özü elə bir hərəkat subyekti və təsisatıdır. Dövlətin daxili və xarici siyasəti hərəkatın müstəvisini özündə daşıyır. Dövlət həm hərəkatı yaradır, həm də cəmiyyətdə baş verən hərəkatların idarə olunması üçün zəmin yaradır, imkanlar verir, gerçəklikləri üzərə çıxarır. İctimai, mədəni, humanitar, siyasi və digər məzmunlu pozitiv hərəkatlar dövlətin milli və beynəlxalq gücünün artmasını təmin edir. Hərəkat dövləti gücləndirir və onu cəmiyyətlə, beynəlxalq aləmlə birləşdirir. Hərəkat insanlarla dövlət arasında bağlantı yaradır, körpü qurur. Bundan da sintez prosesləri yaşanır. Hərəkat dövlətin müqavimətini artırır və onu ayıq edir. Dövlətin özü də bir ictimai və mədəni birlikdir. Hansı ki, bu birlik siyasi, iqtisadi, hərbi və digər strukturlar meydana gətirə bilir. Dövlət özü hərəkatla idarə olunur və hərəkatla da formalaşır. Dövlət rəhbərinin tezisləri, şüarları dövlətin hərəkatlar yolu ilə təşkilatlanmasını özündə ehtiva edir. İnsanların müəyyən düşüncələri və əməlləri hərəkatın əsaslarını təşkil edir. Dövlət bir hərəkat kompleksiyasıdır və daima tərkibi etibarilə dalğalarla müşayiət olunur. Dövlətin qanunvericilik prosesləri, siyasi sistemi təşkil etmək və bütövlükdə fəaliyyəti özlüyündə elə dinamik inkişafdır, yerdəyişmədir. Bu yöndə bütün ictimai, iqtisadi, siyasi hərəkətlər, aktlar, hadisələr özlüyündə hərəkatlardır. Ardıcıl şəkildə, şaxələnmiş formada, şəbəklənmiş və strukturlaşmış proseslər hərəkatlar axınını təşkil edir. Hərəkatlar formaca cərəyanlardan ibarət olur. Dövlətin ümumi və məxsusi sahələr üzrə tətbiq etdiyi siyasət özlüyündə hərəkatdır. Dövlət özü birlikləri, hərəkatları tənzim edən qərarlar qəbul edir. Qərar qəbul etmək və icrasını həyata keçirmək məhz özlüyündə hərəkat (hadisələr cəmi, proseslər məcmusu) mənasını verir. Dövlət hakimiyyətinin bütün qollarında baş verən proseslər hərəkatın özünü ehtiva edir.
 
Hərəkat müəyyən məqsədləri özündə hədəf seçən ictimai, siyasi, mədəni, hərbi məzmunlu aksiyadır. Hərəkatlar cəmiyyətin müxtəlif təbəqələrini əhatə edə bilər. Bu baxımdan da elm hərəkatı, təqaüdçülər hərəkatı, müharibə iştirakçıları hərəkatı, həkimlər hərəkatı, ziyalılar hərəkatı, təbiətin qorunması ilə bağlı hərəkatlar, sülh hərəkatları və s. kimi formalar öz əksini tapa bilir. Hərəkatlar tərkibində qruplar, briqadalar, ictimai birliklər və digər təsisatlar mühüm funksiya daşıyırlar. Hərəkatlar məzmun etibarilə radikal tələblər irəli sürən qrupların fəaliyyətindən ibarət ola bilir. Eləcə də yumşaq xarakterli olur. Aktiv və passiv, müvəqqəti və daimi fəaliyyət göstərən əsasda formalaşa bilir. Hərəkat özlüyündə müəyyən qərarlar qəbul edir, petisiyalar müəyyənləşdirir. Hərəkatın idarə olunması məqsədilə siyasi və ictimai qurumlar təsis oluna bilir. Partiyalar və digər birliklər (forumlar, assambleyalar, platformalar, panellər, assosiasiyalar, alyanslar və digər birlik formaları hərəkatların sistemli idarə olunmasını öz üzərinə götürə bilir. Radikal hərəkatlar inqilablar hesab oluna bilər. Xunta hakimiyyəti də radikal hərəkatı idarə edən qrup rolunu oynayır. Millətçi təşkilatlar da radikal hərəkatların tərkibini təşkil edə bilir. Dinc hərəkatlara yürüşlər, dinc məqsədli mitinqlər, iclaslar, forumlar, konqreslər, brifinqlər aid oluna bilər. Hərəkatların məqsədləri ali və aşağı formalı ola bilər. Böyük arealı və kiçik qrupları əhatə edə bilir. Cəmiyyətin xoşbəxtliyinə, insan rifahının zənginləşməsinə çalışmaq hərəkat üçün ali məqsəddir. Bu məqsəd yolunda gücün və dəyərlərin birləşdirilməsi, potensialın cəmləşməsi mühüm şərtdir. Lakin bununla bərabər, müəyyən qrupun şəxsi maraqlarına cavab verən hərəkatlar da ola bilir. Müəyyən cinayət qrupları, mafiyalar öz maraqlarını təmin etmək məqsədilə insanlardan sosial baza kimi istifadə edə bilirlər. İradələrinə hakim kəsilə bilirlər. Müxtəlif metodlarla insanları ələ ala bilirlər. Hakimiyyətə təzyiq qrupları təşkil edə bilirlər. Humanitar məzmunlu hərəkatlar isə öz niyyəti etibarilə saflığı, mənəvi zənginliyi özündə əks etdirir.
 
Hərəkat özlüyündə, daxili və xarici təzahürü etibarilə hərəkətləri ifadə edən fəlsəfi bir məfhumdur, ifadədir. Burada dəyişmə, sistemli və xaotik dinamika, eləcə də pozuculuqla müşahidə olunan dəyişiklik özünü büruzə verir. Hərəkat ifadəsi ilə maraqların, mənafeyin birləşməsi, uyğunluq, fərqlilik, vəhdətlik kriteriyaları bir arada cəmləşir. Məfhum birləşdirici, mərkəzləşdirici funksiyaya malikdir. Hərəkat müəyyən məkanda üzvlərin sayı hesabına böyüyür, həm də kiçilir. Genişlənmə və məhdudlanma hərəkatın xassəsini, formasını əks etdirir. Miqyasını təsdiqləyir.
 
Məlumdur ki, insanları bu həyatda ortaq və balanslı, tarazlı maraqlar birləşdirir. Bu maraqlar ehtiyaclardan, tələbatlardan meydana gəlir. Hərəkat müəyyən ideya ətrafında formalaşır və insanların öz maraq və mənafeləri naminə bir arada, bir mərkəzdə və koordinatda birləşməsi proseslərini özündə ehtiva edir. Hərəkatın baza xassəsi onun maraqlara xidmət etməsindən ibarət olur. Hərəkat qarşısına qoyduğu maraq və məqsədlər uğrunda insan potensialını birləşdirir. Daxili və zahiri etibarilə insan kütləsinin axınını meydana gətirir. Hərəkatın məqsəd və vəzifələri kompleks olaraq, bir-birini tamamlamaqla müəyyən olunur. Onun maraqları vəzifələrinin yerinə yetirilməsi ilə tamamlanır.
 
Hərəkat öz davamlılığına görə başlayan, davam edən və fəaliyyətini sona çatdıran formada ola bilir. Qarşısına qoyduğu məqsədlərdən ibarətdir. Hərəkatın məqsədi onun qayəsi və məğzi ilə birləşir. Nəticədə forma və məzmun bir-birini tamamlayır. Hərəkatın ideyasında tezislər, şüarlar hərəkatın idarə olunması və axara yönləndirilməsində mühüm amillər, başlıqlar, proqram istiqamətləri kimi əhəmiyyət kəsb edir.
 
Hərəkatın ideya və ideologiyası
 
Hərəkatda baza kriteriyalar və baza prinsiplər onun ideya və ideologiyasında, məqsəd və vəzifələrində, sağlam sosial bazasında və strukturlaşmasında əks olunur. Hərəkatda normativ-hüquqi aktların (hərəkat üçün hüquqi qüvvəsi olan sənədlərin) düzgün qəbulu, şərtləndirici əsasları hərəkatın güclü və sağlam fəaliyyətinin təməl prinsiplərini təşkil edir. Hərəkatın gücü həm də onun milli və beynəlxalq əməkdaşlığındadır. Düzgün seçim və düzgün qərarlar hərəkatın qarşısına qoyduğu məqsədlərə çatmağı özündə ifadə edir.
 
Məlumdur ki, insanlar cəmiyyəti ideyalarla qururlar. İdeyalar zaman-zaman üzərə çıxır və müəyyən şəxslərin düşüncələrinin idarə olunmasına zəmin yaradır. İdeyalar cəmiyyətin davamlı və dayanıqlı yaşamasını təmin edir. İdeyalar cəmiyyətdə yenilikləri aşılayır. Sterotiplərin, şablonların aradan qalxmasına zəmin yaradır. İdeyalar cəmiyyəti ayıq edir, immunitetini gücləndirir, eləcə də daxili eybəcərliklərdən infiltrasiya edir, təmizləyir. Bu baxımdan da insanlar ideyalar irəli sürürlər və ideyaların reallaşması, həyata keçməsi uğrunda mübarizələrə qoşulurlar, fəaliyyət göstərirlər. İdeyalarda mənalar axtarırlar. İdeyalar hərəkatın sosial bazasının müəyyən bir axara yönləndirilməsini özündə ehtiva edir. İdeyalar hərəkat üzvlərinin hərəkət, bu baxımdan birləşmə fəaliyyətlərini təmin edir. İdeyaların sistemləşməsi, strukturlaşması hərəkatın sistemli fəaliyyətini təmin edən xətti kredoya çevrilir. İdeologiya hərəkat üçün ümumiləşmiş şüara və amilə çevrilməklə, hərəkatın avanqard qüvvəsinə stimul verir. İdeyalar hərəkat üzvlərini arxasınca aparır. Düşüncələri idarə edir, yönləndirir. İdeyalarda məqsəd və vəzifələr, strategiya və taktikalar müəyyən oluna bilir. Bu yöndə ideologiya konsepsiya, strategiya, doktrina rolunu oynayır. İdeyalar hərəkat üçün şüarlar və tezislər rolunu oynayır. Hərəkatın əsas hərəkətverici qüvvəsini müəyyən edir. Sosial bazanı bir mərkəzdə cəmləşdirir və güclü şəkildə axara yönləndirir.
 
Hərəkatın ardıcıl ideyaları, şərtləndirici düşüncələri, konseptual baxşlar sistemi onun ideologiyasını, sistemləşmiş bilikləri, doktrinaları, istək və arzuları özündə ehtiva edir. Hərəkatın ideologiyası onun konseptuallığına söykənir və konsepsiyasını müəyyən edir. Hərəkatın ideologiyası onun fəaliyyətinin tarixi amilini və gələcək strtaegiyasını əks etdirir. Fəaliyyətin mövcud zaman əsaslarını onun gələcək aktları ilə vəhdət şəkilində bağlayır. Hərəkat öz ideyaları uğurunda fəaliyyət göstərməklə nailiyyətlərin meydana gəlməsini təmin edir. Hərəkatın ideyaları onun normativ-hüquqi əsaslarını meydana gətirir. Normativ-hüquqi aktlar ideyaların yaşanmasını təmin edir. Fəaliyyətinin baza prinsiplərini özündə cəmləşdirir. Hərəkat müəyyən zaman intervalında və zaman ardıcıllığında ideyaları özünə cəmləşdirməklə məqsəd və vəzifələrin sistemliliyini meydana gətirir. Hərəkatın ideyaları onun nizamnaməsində, əsasnaməsində, məramnaməsində özünü ifadə edir. İdeologiya hərəkatın vahid xətlər və şəbəkələr üzrə fəaliyyətini əks etdirir. Hərəkatı yetkinləşdirir və mübarizəsinin əsaslarını ortaya qoyur. İdeologiya hərəkatın fəaliyyətinin yüksəliş mərhələsini təmin edir. İdeologiya fəaliyyətə yön verir, gücü bir arada cəmləşdirir, hərəkatın qorunmasını təmin edir, gücünü artırır. İdeyalar hərəkatın maariflənməsini təmin edən tezislər rolunu da oynayır.
 
Hərəkatın sosial bazası
 
Məlumdur ki, təşkilatlanma, həmrəyləşmə, strukturlaşma başlıca olaraq sosial tələbat və sosial sifariş əsasında meydana gəlir. Həmçinin siyasi, humanitar, mədəni şərait də tələb edir. Cəmiyyət özü qruplardan ibarət olduğundan hər bir qrupun maraq və mənafeyi formalaşır. Bu formalaşmanın sistemli və strukturlu idarə olunması zərurəti meydana gəlir. İnsanlar bir arada cəmləşmək və problemlərini kollektiv əsaslarla həll etmək düşüncəsində olurlar və müvafiq addımları atmaq qərarına gəlirlər. Bu məqsədlə bir arada cəmləşmək və maraqları birləşdirmək üçün müvafiq addımlar atırlar. Sosial baza nəticələrə gəlmək iqtidarında olur.
 
Hərəkat cəmiyyəti əhatə etdiyindən onun üzvləri, sosial bazası da cəmiyyətdən meydana gəlir. Cəmiyyət öz ideoloqlarının mənbəyi rolunu oynayır. Sosial baza aktiv aparıcı qüvvədən (aktiv və təkmil düşüncə daşıyıcılardan) və passiv üzvlərdən (üzvlərin say çoxluğundan) ibarət olur. Aktiv qüvvə ideyaların sistemli yaşamasını özündə daşıyır. Aktiv aparıcı qüvvə insan maraqlarının təmin olunması üçün aktiv mənzərəli addımlar atır və ideologiyaya adekvat olaraq öz işini sistemli olaraq qurur. Hər bir hərəkatın sosial bazası onun əhatə olunduğu sahələrin təmsilçilərindən meydana gəlir. Cəmiyyətin qrupları sahəvi və ümumi olan əsaslarla birləşirlər. Təmsilçilər hərəkatın rəhbərini, öndə gedən şəxsini, aparıcı qüvvələrini, idarə heyətini müəyyən edir. Seçdiklərinin arxasınca da gedirlər. Hərəkatın sosial bazası onun əsas dayağı hesab olunur. Sosial bazanın bir məkanda toplanışı gücün fonunu meydana gətirir. Bu da özlüyündə daxili və xarici təsir effektini yaradır. Sosial bazadan istifadə olunmaqla həmrəylik, birlik təmin olunur. Sosial bazada iştirak edənlərin, onu formalaşdıranların say çoxluğu hesabına hərəkatın axın gücü meydana gəlir. Sosial baza hərəkatın gücünü və təsir imkanlarını meydana gətirir. Bu güc sayəsində hərəkatla hesablaşılır. Maraqlar təmin oluna bilir. Gücün çoxluğu hərəkatın məqsədlərinin təmin olunmasında mühüm rol oynayır. Vəzifələrin daha da şaxəli qaydada genişlənməsinə və böyüməsinə zəmin yaradır. Hərəkatın fəaliyyəti başlıca olaraq onun vəzifələrinin daha da sistemləşməsinə xidmət edir və hərəkatın fəaliyyət gücünü və surətini böydür. Hərəkatın mənafeyi təmin oluna bilir. Hərəkatın sosial bazasının tərkib heyəti, şəxsi qrupu çalarlı olur. Bu çalarlılıq ona hərtərəfli güc verir. Sosial rəngarənglik onun fəaliyyətini və tərkibini daha da rəngarəng edir. Hərəkatın tərkibinə çoxlu sayda insanların cəlb edilməsi cəmiyyətdə tarazlı maraqların formalaşmasının əsaslarını ortaya qoyur.
 
Hərəkatın təşkilatlanması və normativ-hüquqi əsaslar
 
Hərəkat sosial bir axındır. Özündə məqsədləri birləşdirir. Hər bir hərəkata bütöv bir birlik kimi yanaşmaq lazımdır. Hərəkatın formasından irəli gələrək onun təşkilatlanması əsasları müəyyən oluna bilir. Təşkilatlanma parçalanmanın və pərakəndəliyin qarşısını alır. Hərəkat böyüdükcə onun idarə olunması, strukturlaşması və mexanizmlərə malik olması zərurəti meydana gəlir. Hərəkatın təsisatı onun strukturlaşması zərurətini əks etdirir. Hərəkatın mərkəzi aparatı, ona tabe olan qurumlar (idarələr, bölmələr, şöbələr) yaranır. Hərəkatın bürokratik və ofis idarəçiliyi zərurəti meydana gəlir. Eləcə də hərəkatın internet resursları vasitəsilə onlayn idarəçilik forması ortaya çıxır.
 
Hərəkatları bir arada birləşdirən təşkilatlar (forumlar, assosiasiyalar, birliklər, alyanslar, platformalar, digər yunitlər) formalaşır. Həmin təşkilatların koordinasiyedici fəaliyyəti təmin olunur. Hərəkat öz məqsədlərini təmin etmək üçün strukturları qarşısında məsələ qaldırır və vəzifəli (həmçinin ofislərdə ştat vahidində qərarlaşanlar) şəxsləri vasitəsilə vəzifələrin icrasını təmin edir.
 
Hərəkatın normativ-hüquqi aktları ölkə qanunvericiliyindən formalaşır və onunla ziddiyyət təşkil etmir. Hərəkat bir qayda olaraq qanunvericiliyi əldə rəhbər tutur. Öz fəaliyyətini qanunvericiliklə uzlaşdırır. Normativ sənədlər hərəkata hüquqi səlahiyyət verir və vəzifələrin yerinə yetirilməsini təmin edir. Normativ sənədlərlə hərəkatın strukturlu idarəçiliyi təmin edilir. Hərəkatı təşkilata çevirmək məqsədilə təsisat (strukturla bağlı) və təyinat qərarları qəbul edilir. Bu baxımdan da aparat daxilində qərarlar, əmr və sərəncamlar, bəyanatlar, aktlar, protokollar və digər hüquqi əsas verən sənədlər qəbul edilir. Hərəkatlar digər birliklərlərlə, təsisatlarla əqdlər, o cümlədən müqavilə, sazişlər, memorandumlar və digər aktlar imzalayır və əməkdaşlıq və tərəfdaşlıq platformaları müəyyən edirlər. Sənədlər direktiv əsaslı, məcburi və tövsiyəedici olur. Kollegial qərarlar (İdarə heyətinin, məclislərin, şuraların, idarə və şöbələrin qərarları) hərəkatın ümumi maraqlara xidmət etməsinin əsaslarını əks etdirir. Hərəkatın hüquqi gücü onun qərarlarında əks olunur. Qərarlardan və hüquqi səlahiyyətlərdən irəli gələrək fərdi qərarlar (əmr, sərəncam) qəbul edilə bilir. Ümumiyyətlə, hərəkatın ofis idarə olunması piramidal əsaslarla həyata keçirilir.
 
Hərəkatın normativ-hüquqi aktları onun daxili nizam-intizamını yaradır, strukturunu ifadə edir, eləcə də fəaliyyətinin parametrlərini göstərir.
 
Sivil cəmiyyətlər institusional idarə olunur. Bu da özlüyündə cəmiyyətin birliyindən və kollegiallığından, birgə iştirakçılıqdan irəli gəlir. Cəmiyyətdə qərarlar birgə qəbul edildikdə hamının maraqları nəzərə alınır və təmin edilir. Məsələn, qanunvericilik aktları kollegialdır, təmsilçilər tərəfindən qəbul edilir. Bu baxımdan da universaldır və konkret sahələr üzrə məxsusi olmaqla, əhatəedicidir. Demokratiya, yəni xalqın hakimiyyəti məhz institusional idarəçilikdə təsbit olunur, özünü büruzə verir. Xalq seçim yolu ilə elitanı, idarə edən qrupu formalaşdırır; ona görə ki, özünün maraqlarını təmin etsin, münasibət və əlaqələrini tənzimləsin. Plüralizm və fikir müxtəlifliyi, fərqli yanaşmalar və hadisələrin tərkib rəngarəngliyi cəmiyyətin kollektiv idarəçiliyini özündə ehtiva edir.
 
Hərəkatlar və onların təşkilatlanması da məhz institusional idarəçiliyin əsasında qərarlaşır. Bu idarəçilik zamanı hakimiyyət kollektiv prinsiplərlə formalaşır. Cəmiyyətə bağlanır. Öz obyektində və mənbəyində cəmiyyəti görür. Hərəkatlar bu baxımdan da idarəçi məktəblər rolunu oynayır. Hərəkatlar və digər birliklər, təsisatlar ictimai institutlar kimi rol oynayırlar.
 
Hərəkatlar və onların idarə olunması ictimai institutlar vasitəsilə siyasi, mədəni və digər proseslərin tənzimlənməsi anlamına gəlir. Bu da özlüyündə kollektiv idarəçiliyi təsbit edir. Hərəkatlar özlüyündə vətəndaş cəmiyyətinin tərkibini təşkil edir və vətəndaş cəmiyyətinin formalaşmasını əks etdirir. Vətəndaş cəmiyyətində vətəndaş məsuliyyəti, məqsəd və vəzifələri bir-birilə çulğaşır.
 
Hər bir hərəkətin öz məqsədi olur. Hansı ki, bu məqsəd universal məqsədlər daxilində qərarlaşır. Hədəf və niyyətlər bu məqsədlərdə cəmləşir. Hərəkat da bir məqsəddir. Fəaliyyəti məqsədlərdən və vəzifələrdən ibarətdir. Vəzifələr məqsədlərə çatmaq üçün aktları özündə daşıyır. Hərəkatın məqsədləri onun miqyasına və hədəflərinə müvafiq olaraq sistemli xarakter kəsb edə bilir. Şəbəkələşmiş funksiya daşıyır. Hərəkatın məqsəd və vəzifələri onun ideyalarının müəyyən olunmasına və ideyalarının yerinə yetirilməsinə əsaslanır. Məqsəd və vəzifələr hərəkatın mahiyyətini, fəaliyyətinin məğzini və fəlsəfəsini özündə daşıyır. Hərəkat məqsədlərə uyğun hüquq normalarını qəbul edir və qaydalarla həmin normaları tətbiq edir.
 
Hərəkatın məqsəd və vəzifələrinə bu kimi müddəaları aid etmək olar:
 
-məqsədlər olaraq universal və məxsusi-konkret normalar sistemi, şəbəkəsi müəyyən olunur. Universal maraqlar məxsusi maraqlarla uzlaşdırılır;
 
-məqsədlər olaraq, hərəkatın məzmunu ideyalarla təsbit olunur, vəzifələr olaraq həmin ideyaların yerinə yetirilməsi üçün addımlar müəyyən olunur;
 
-məqsədlər strateji xarakter kəsb edir, vəzifələr isə taktiki amilləri özündə daşıyır və strategiyaya xidmət edir;
 
-məqsədlər milli və bəşəri ideyaları ümumi parametrlər üzrə birləşdirir, sintez edir. Vəzifələr isə tərkib addımları müəyyən edir;
 
-məqsədlər özündə hərəkatın ictimai, iqtisadi, siyasi, humanitar və digər funksiyalı olmasını daşıyır. Vəzifələr isə mahiyyət etibarilə atılan addımlarla sübuta yetrilir, təsdiq olunur;
 
-məqsədlər ideyaları özündə daşıyır. İdeologiyanı əks etdirir, vəzifələr isə ideyaların yerinə yetirlməsi üçün addımları, proqramları, fəaliyyət planlarını, təlimat və qaydaları, digər mühüm icraedici aktları özündə daşıyır;
 
-hərəkatın məqsədi onun pozitiv mahiyyətini göstərir və dövlət siyasəti ilə özünün ahəngliyini sübuta yetirir. Vəzifələr isə mahiyyəti sübuta yetirir, aktları sistemləşdirir;
 
-hərəkatın məqsədi onun nizamnaməsində əks olunur. Vəzifələrdə isə əsasnamələr, daxili intizam qaydaları və qərarlar əks olunur;
 
-hərəkatın məqsədi onun niyyətini və hədəflər kompleksini müəyyən edir, vəzifələr isə taktiki addımları özündə daşıyır. Fəaliyyətin forma və növünü özündə ehtiva edir;
 
-hərəkatın məqsədi aliliyi tərənnüm etməkdir, mənəviyyatı təbliğ etməkdir. Bu yöndə vəzifələrdə etik tələblər qarşıya qoyulur;
 
-hərəkatın məqsədi dövlətə, xalqa, ümumilikdə bəşəriyyətə xidmət etməkdir. Vəzifələr olaraq qarşıya qoyulan hədəflərə çatmaq əsasdır;
 
-məqsəd müəyyən məkanı əhatə edən maraqları ümumi maraqlar məkanı ilə birləşdirməkdir. Müstəvini, platformanı aktivləşdirməkdir. Ümumi maraqlar sferasından məxsusi maraqların təminatını həyata keçirməkdir. Vəzifələr olaraq isə məqsədlər yönündə taktiki addımlar sistemini ehtiva etməkdir, təsbit etməkdir;
 
-hərəkatın məqsədi dövlətin və cəmiyyətin ictimai, siyasi, mədəni həyatında aktiv rol oynamaqdan, dövlət siyasəti ilə cəmiyyət arasında bağlılıq yaratmaqdan ibarətdir. Vəzifələr olaraq dövləti və cəmiyyəti dəstəkləmək üçün müəyyən aktlar həyata keçirməkdir, aksiyalar sistemini müəyyən etməkdir;
 
-hərəkatın məqsədi cəmiyyətdə və dövlətdə yenilikdir. Vəzifələr isə dəyişikliyə aparan yolları müəyyən etməkdən, planlar tərtib etməkdən ibarətdir və s.
 
Məqsədlər geniş ola bilər. Fəaliyyətin gedişatında yeni-yeni ideyalar meydana gələ bilər. İdeyaların normalara salınması özlüyündə məqsədlərin sistemləşdirilməsi mənasını verir. Hərəkatın məqsəd və vəzifələrində onun iş prinsipləri əks olunur.
 
Hərəkatın məsuliyyət və öhdəlikləri
 
Hərəkatın məsuliyyət və öhdəlikləri onun məqsəd və vəzifələrindən, ideya və ideologiyasından irəli gəlir. Düşüncələrin sistemləşməsi, atılan qəti addımlar, ciddi qərarlar məhz hərəkatın məsuliyyət və öhdəliyini özündə ehtiva edir. Özündə qətiliyi, tələbkarlığı əks etdirir. Hərəkat ideyaların həyata keçməsi üçün üzərinə öhdəlik götürür və məsuliyyət daşıyır. Bu məsuliyyət onun təşkilati və ideoloji fəaliyyəti ilə bağlı olur. Məqsəd və vəzifələrində əks olunan müddəaların yerinə yetrilməsi özlüyündə öhdəliklərin icrası demək olur. Öhdəlikləri və məsuliyyəti hərəkatın qəbul etdiyi qərarlarda özünü büruzə verir. Qərarlar və onların icrası səviyyəsi hərəkatın sistemlilik gücünü və mexanizm vasitələrinin imkanlarını özündə ehtiva edir. Hərəkat öz fəaliyyətində dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyır və bu yöndə hesabat verir. Hərəkat öz addımıları ilə cəmiyyət və onun üzvləri önündə məsuliyyətlidir. Hansı ki, bu məsuliyyət həm də qanunvericiliyə əmldən irəli gəlir.
 
Hərəkatın idarə olunması və rəhbərlik (liderlik)
 
Məlumdur ki, hər bir hərəkat eyni məqsədlər və ideyalar uğrunda birləşən üzvlərdən ibarət olur. Onların sosiallaşması hərəkatın daxili və xarici proseslərini zəruri edir. Hərəkat bu baxımdan da mərkəzləşdirici funksiya kəsb edir. Bir yerdə cəmləşmə, ideyaların birləşməsi müəyyən addımlar üçün qəti nəticələrin əldə olunmasını özündə daşıyır. Hərəkatın idarə olunması onun məqsəd və vəzifələrinin piramidal struktur vasitəsilə, həmçinin şaxələndirilmiş əsasda təmin olunması anlamına gəlir. Hərəkatın idarəçiliyi onun aktlar vasitəsilə tənzim olunmasıdır. Özündə tapşırıqları, vəizfə və məsuliyyəti ehtiva edir. İdarəçilik hərəkatın məqsədlərində əks olunan müddəaların taktiki yollarla yerinə yetirilməsindən ibarətdir. Hərəkatın idarə olunması onun bir vahid qurum kimi sübuta yetirilməsindən ibarətdir. Hərəkat tənzimləndikcə özünün təsdiq funksiyasını yerinə yetirir. Hərəkatın idarə olunması onun strategiya, taktika və konsepsiyasının məkanla bağlanmasından ibarət olması deməkdir. Hərəkatın məqsədyönlü şəkildə, öz nizamnaməsinə uyğun yönləndirilməsi hərəkatın tənzimlənməsi mənasına gəlməsi demək olur. Rəhbər hərəkat üzvlərinin vasitəçisi, nümayəndəsi rolunda çıxış edir. Rəhbər, təmsil edən, funksioner bir tərəfdən hərəkatı idarə edir, tənzimləyir, digər tərfdən də xarici sfera ilə bağlayır. Əməkdaşlıq və tərəfdaşlıq üçün müvafiq addımlar atır.
 
Hərəkatın idarə olunması üçün rəhbərlərdən müəyyən liderlik keyfiyyətləri tələb olunur. Bu keyfiyyətlərin aşağıdakılardan ibarət olması qərarına gəlmək olar:
 
-ilk növbədə rəhbərin kollektivi ələ almaq, maraqları bir arada cəmləşdirmək bacarığının olması zərurəti;
 
-rəhbərin savadlı, bilikli, təcrübəli olması. Hadisələrdən düzgün nəticələr çıxarmaq qabiliyyəti;
 
-hadisələrin ümumi və məxsusi axarından düzgün nəticələr çıxarmaq bacarığı;
 
-hadisələri təhlil etmək qabiliyyəti, bacarığı və düzgün nəticələr çıxarmaq məharəti;
 
-sosial kontaktlar yaratmaq bacarığı;
 
-ictimai qruplaşmanı təşkil etmək bacarığı;
 
-məntiqi təfəkkürü ilə hadisələrin ardıcıllığını və şərtləndiriciliyini müəyyən etmək bacarığı;
 
-zamanı, məqamı və şəraiti düzgün seçmək bacarığı;
 
-yerində qərar qəbul etmək və nəticələrə gəlmək bacarığı;
 
-liderin şəxsi xarakteri, onun səmimi ünsiyyət qurmaq keyfiyyətləri, davranış xassələri;
 
-vaxtında və adekvat qərarlar qəbul etmək bacarığı;
 
-şəraiti yerində və zamanında düzgün seçmək məharəti və qabiliyyəti;
 
-humanizm xassələri;
 
-səbirli olması, hövsələsi;
 
-önündəkiləri düzgün anlamaq və dinləmək bacarığı;
 
-çətin şəraitlərdə düzgün qərarlar qəbul etmək bacarığı və istedadı;
 
-qərarlar qəbul etmək istedadı və sənədlərə əhatəli məzmun vermək bacarığı;
 
-hüquqi, siyasi, ictimai təfəkkürü və təşkilatlanmaq üçün normativ –hüquqi qərarlar qəbul etmək bacarığı;
 
-liderin (rəhbərin) düzgün ideya seçmək və ideya müəyyən etmək qabiliyyəti və istedadı;
 
-liderin güzəştlərə getmək bacarığı və kompromislərə hazır olması;
 
-hərəkat iyerarxiyasında nüfuz və xarizmasının olması;
 
-hadisə və proseslərə ciddi yanaşması;
 
-hərəkat strukturunda vəzifələrin düzgün bölüşdürülməsi bacarığı və uğurlu kadr seçimi;
 
-hərəkat iyerarxiyasını düzgün təşkil etmək bacarığı;
 
-hərəkatı ayrı-ayrı tərəflərdə təmsil etmək və layiqli nümayəndə olmaq bacarığı və digər mühüm keyfiyyətlər, cəhətlər
 
Hər bir ictimai, siyasi, iqtisadi, mədəni, humanitar məqsədli kompleksiya, platforma münasibətlər və əlaqələr qurumu olaraq bir yuniti, formanı ifadə edir. Özündə mənalar və çalarlar daşıyır. Tərkibi zəngin elementlərlə əhatələnir. Birliyin, hərəkat axınının tərkibi də müxtəlif olur. Bu birlik daxilində paralelliklər, kəsişmələr, uzlaşmalar və toqquşmlar, həmçinin çarpazlaşmalar meydana gəlir. Hərəkatlar, birliklər, icmalar və digər təşkilatlanmış təsisatlar başlıca olaraq özündə daxili məzmun etibarilə, həm də zahiri görkəm baxımından bir modeli, platformanı əks etdirir. Platforma və model öz tətbiqi sahələrinə görə bitkin və təkmil olur. Hərəkatların fəaliyyət və strukturlaşma xasələrinə görə tipləri, formaları, növləri mövcud olur. Hərəkatlar miqyasına görə fərqlənirlər. Məsələn, ümumxalq, ümumdünya hərəkatı mövcuddur, eləcə də regional, daxili məkanı əhatə etmək baxımından kiçik miqyaslı hərəkatlar var. Hərəkatlar milli və regional, yəni beynəlxalq ola bilir. Bütün dünyanı, bütöv bir qitəni əhatə edən hərəkatlar formalaşa bilər.
 
Hərəkatın formaları və miqyasını bu şəkildə ümumiləşdirmək olar:
 
-Ali məqsədlər daşıyan, ictimai və bəşəri amallar uğrunda meydana gələn qlobal miqyaslı hərəkatlar-aid olur. Ümumxalq mübarizələri, öz dalğaları ilə regionları əhatə edən etiraz hərəkatları, ümumdünya hərəkatları, bəşəri ideyalar uğrunda mübarizə aparan insan toplumu-bunlara aiddir:
 
-ümumdünya sülh hərəkatı;
 
-silahsızlaşdırılmağa yönəlmiş hərəkatlar; O cümlədən, kütləvi qırğın silahlarına və ballistik raketlərin istehsalına və sınağına qarşı yönəlmiş hərəkatlar, həmçinin nüvə silahının sınaqlarının keçirilməsinə qarşı yönəlmiş kütləvi etiraz yürüşləri, mitinqləri və s.
 
-anti-müharibə və anti-soyqırım hərəkatları;
 
– ekologiyanın, flora mühtinin qorunmasına yönələn yaşıllar hərəkatı;
 
-hakimiyyətlərə qarşı formalaşan inqilablar (rəngli inqilablar);
 
-elm hərəkatları;
 
-uşaq hüquqlarının təmini ilə bağlı hərəkatlar;
 
-ümumdünya qadın hərəkatları;
 
-siyasi ideyalarla bağlı hərəkatlar-demokratiya, insan hüquq və azadlıqları ilə bağlı olan hərəkatları;
 
-beynəlxalq ekologiya hərəkatları;
 
-beynəlxalq dini hərəkatlar;
 
-ərzaq böhranına qarşı yönəlmiş hərəkatlar;
 
-kasıbçılığın aradan qaldırılmasına qarşı yönəlik hərəkatlar;
 
-qadınlara qarşı məişət zorakılığının tətbiqinə qarşı yönəlmiş hərəkatlar;
 
-qlobal dərman çatışmazlığına qarşı yönəlmiş hərəkatlar;
 
-cinsi azlıqların hüquqlarının müdafiəsinə yönəlmiş hərəkatlar;
 
-dövlətlərin və beynəlxalq təşkilatların inteqrasiyasına, əməkdaşlıq və tərəfdaşlığına yönəldilmiş hərəkatlar, aksiyalar;
 
-beynəlxalq miqrasiyaya aid olan hərəkatlar, bu baxımdan da beynəlxalq qaçqın hüquqlarının təminatına yönəlmiş hərəkatlar;
 
-beynəlxalq siyasi gərginliklərə, böhranlara qarşı yönəlik hərəkatlar;
 
-okean, dəniz, göl və çaylar mühitinin qorunmasına və mühafizəsinə yönəlmiş hərəkatlar;
 
-hava mühitinin qorunması ilə bağlı meydana gələn hərəkatlar;
 
-kosmik mühitin çirklənməsinə qarşı yönəlmiş hərəkatlar;
 
-insan hüquqlarının bütün sahələrində formalaşan hərəkatlar, ümumdünya axınları;
 
-beynəlxalq terrorzimə qarşı yönəlmiş hərəkatlar və s.
 
Bu hərəkatlar müxtəlif ölkələri əhatə edəndə miqyasına görə beynəlxalq əhəmiyyət kəsb edir və əhatə dairəsinə görə ölkə sərhədlərini aşaraq, ətrafa genişlənir. İnsanlar, hərəkat üzvləri vahid ideya və ideologiya ətrafında birləşirlər. Beynəlxalq əsasda təşəbbüslərdə cəmləşirlər. Öz aktiv fəaliyyətlərini birləşdirirlər.
 
Hərəkatları etiraz etmək və dəstək vermək xassəsinə görə iki qrupa bölmək olar. Hərəkatları fikir birliklərinin axınına və real aktlara-yürüşlərə görə də iki qismə bölmək olar.
 
Yerli (lokal) hərəkatlar
 
Yerli miqyaslı hərəkatlar adətən bir kəndi, bir qəsəbə və rayonu, eləcə də bir ölkəni əhatə edə bilir. Burada da etiraz hərəkatları mövcud olur. Həmçinin dəstək də mövcuddur. Petisiyalara qoşulurlar. İctimai, mədəni və siyasi, humanitar məzmunlu olur. Yerli hərəkatların lokal miqyası daha çox məişət problemlərinin, sosial problemlərin həllini qarşılarına məqsəd kimi qoyur. Yerli seçkili qurumlarda namizədlərin irəli sürülməsi aksiyaları da hərəkatlara aid olur. Siyasi xarakter başlıca olaraq daxili miqrasiya probleminə yönəlir. Yerli hərəkatlar eləcə də mədəni, humanitar və digər xarakter kəsb edir. Siyasi mübarizə və təşkilatlanma bu baxımdan önəmlidir. Yerli hərəkatlar hakmiyyətin siyasətini dəstəkləyirlər, yaxud da əksinə etirazlarla çıxış edirlər. Mübarizə formaları bu qaydada olur: mitinqlər, yürüşlər təşkil edirlər, mətbuatda və digər informasiya vasitələrində çıxışlar edirlər, kollektiv münasibət bildirirlər. İmzalar toplayırlar. Vərəqlər yayılar. Bəyanatlarla çıxış edirlər. Tətillərə qoşulurlar. Müəyyən hərəkətlərə (məsələn, yol-nəqliyyat hərəkətlərinə) mane olurlar. Lokal hərəkat adətən yerli icmanın nümayəndələrini öz ətrafında birləşdirir. Həmkarlar komitələrinin yerli bölmələrinin aksiyaları, siyasi və ictimai birliklərin aksiyaları, müəssisə-zavod, fabriklərin, kənd təsərrüfatı sahələrində çalışanların etiraz və dəstək aksiyaları hərəkatın fəaliyyət formalarına aid edilir.
 
Qapalı və açıq formalı və məzmunlu hərəkatlar
 
Hərəkatlar öz məqsəd və vəzifələrinə, niyyət və istəklərinə görə, bu baxımdan da fəaliyyət üsullarına görə açıq və qapalı olurlar. Passiv və aktiv fəaliyyət göstərirlər. Gizli, qapalı və aşkar fəaliyyət göstərirlər. Gizli təşkilatlara daha çox destruktiv məqsədli terror və mafiya qruplaşmalarını aid etmək olar. Hansı ki, onlar daiam təqib olunurlar. Qeyri-leqal hərəkatlara aid edilirlər. Dövlətə və hakimiyyətə təzyiq qruplarını da bu kimi təşkilatlara aid etmək olar.
 
Hərəkatın əhəmiyyəti
 
Hərəkatın milli, bəşəri, sosial, siyasi, həmçinin maddi və mənəvi parametrlər üzrə öz əhəmiyyəti var. Əhəmiyyətin aşağıdakılardan ibarət olması qənaətinə gəlmək olar:
 
-insanın özünü sosial varlıq kimi dərk etməsi və cəmiyyətdə sübuta yetirməsi, aktiv sosial düşüncə elementi və subyekti kimi görməsi;
 
-milli özünüdərk yolunda aydınlaşmanın, milli və bəşəri təfəkkürün formalaşmasına kömək;
 
-passiv ictimai mühitin aktiv fazaya keçməsi və bununla da maraqların birgə təmini, ideyaların doğulması;
 
-qruplaşma, sosial həmrəyləşmə yolu ilə insani dəyərlərin, keyfiyyətlərin sintez olunması və ötürülməsi;
 
-milli və bəşəri gücün birləşdirilməsi və paylanılması;
 
-tarazlı ruhun yaranması və dəyərlərin harmonik şəkildə uyğunlaşdırılması və sintez olunması;
 
-bəşəri idealların tərənnümü və pozitiv ideyaların cəmiyyətdə yaşaması;
 
-insan ruhunun kollektivçilikdə dəyərlərlə zənginləşməsi;
 
-ictimai əxlaqın təkmilləşməsi və insan mənəviyyatının zənginləşməsi;
 
-problemlərə və sosial qayğılara birgə yanaşma;
 
-milli gücün beynəlxalq vasitələrlə digər milli güclərlə birləşdirilməsi;
 
-yekdil rəyin formalaşması və kollektiv qərarların qəbulu;
 
-ortaq müzakirələrin keçirilməsi və problemlərə birgə yanaşma metodlarının formalaşması;
 
-ortaq maraqların və mənafenin təmini;
 
-ortaq hədəflərin müəyyən olunması;
 
-birgə məqsəd və vəzifələrin müəyyən olunması;
 
-cəmiyyətə, dövlətə və bəşəriyyətə faydalı olan yeni-yeni ideyaların meydana gəlməsi;
 
-ideyaların birləşməsi metodları ilə həmrəyləşmənin güclənməsi;
 
-ayrıseçkiliyin aradan qaldırılması və ifrat eqonun qarşısının alınması;
 
-milli mənliyin bəşəri ideallarla, kimliklərlə harmoniyalaşması, sintezi;
 
-yerli icmaların xalq ilə bütövlüyünün təmin olunması;
 
-yümşaq sərhədlər regionu üçün ideya və düşüncələrin formalaşması;
 
-dövlət siyasətinin formalaşmasında ictimaiyyətin yaxından iştirakı;
 
-ictimai ayıqlığın yaranması və immunitetin güclənməsi;
 
-sosial bərabərliyin təmin olunması və tarazlı düşüncənin formalaşması;
 
-sosial ədalət uğrunda mübarizənin aparılması və tarazlı mühitin, fonun təşkili;
 
-fərdə və şəxslərə kollektiv dəstəyin və qayğının göstərilməsi;
 
-cəmiyyətdə şəxs və vətəndaş, ümumilikdə insan bərabərliyinin tərənnüm olunması;
 
-dövlət gücünün artmasında yaxından iştirak;
 
-hakimiyyətin işinin təşkilində yaxından iştirak;
 
-hakimiyyətlə qeyri-hakimiyyət tərəfi arasında bağlantının yaradılması və vahid dövlətçilik ideyalarının formalaşması;
 
-dövlət üçün sağlam təmayüllü sosial bazanın möhkəmlənməsi;
 
-ictimai ayıqlıq yolu ilə dövlətin imunitetinin güclənməsi və dövlətçiliyin sağlam bazasının formalaşması;
 
-cəmiyyətin maarifləndirilməsinə ictimai dəstəyin göstərilməsi;
 
-ictimai və siyasi sahələrdə qanunvericiliyin təkmilləşməsi və bu yolda normayaratma funksiyalarının artması;
 
-ictimai, mədəni, sosial və siyasi layihələrin reallaşdırılması yolu ilə cəmiyyətin maddi-mənəvi strukturunun və fonunun təkmilləşdirilməsi;
 
-cəmiyyət aktivlərinin hərəkətə gətirilməsi və yeni dəyərlərin əldə olunması;
 
-cəmiyyətdə daima poztivlərin, dəyərlərin, yaxşı əməllərin təbliği və təşviqi;
 
-ictimai dərketmə metodları ilə cəmiyyətin eybəcərliklərdən xilas olunması;
 
-cəmiyyətin bütün təbəqələrinin mənafelərinin təmin olunması.
 
Elşən NƏSİBOV