Hollandiyadan boykot çağırışı

 Hollandiya bu il Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Oyunlarını boykot etməyə çağırıb. Buna səbəb kimi Azərbaycandakı anti-demokratik vəziyyət, insan haqlarının kobud şəkildə pozulması və s. göstərilir.

Məlumat üçün qeyd edək ki, son vaxtlar Hollandiya ilə yanaşı, digər Avropa ölkələrində də I Avropa Oyunlarının boykot edilməsi ilə bağlı çağırışlar səslənməkdədir. Bəzi siyasilər hesab edir ki, rəsmi Bakının olimpiyada da iştirak edəcək komandaların bütün xərcini qarşılamaqla bağlı üzərinə götürdüyü əlavə öhdəlik də bu cür çağırışları neytrallaşdırmaq, Qərb ölkələrini I Avropa Oyunlarında iştirak etməyə həvəsləndirmək məqsədi güdür.

Hollandiyanın boykot çağırışı ilə bağlı bu link vasitəsi ilə ətraflı məlumat almaq mümkündür. (http://nos.nl/artikel/2022593-noc-nsf-denkt-niet-aan-boycot-van-bakoe.html )/moderator.az/