Tehran İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı birbaşa döyüşlərə əl ata bilər.
ANS
PRESS-in məlumatına görə, İranın briqada generalı Mohammad Bakeri
bildirib. Onun sözlərinə görə, əgər şiələrin müqəddəs yerləri yerləşən
şəhərlərə təhlükə yaranarsa, İran açıq hərbi əməliyyatlara başlayacaq.
"Tehran
indiyə kimi İraqda silahlı terrorçulara qarşı heç bir birbaşa hərbi
əməliyyat keçirməyib. Amma Bağdad və şiə ziyarətgahların yerləşdiyi
digər İraq şəhərləri hücuma məruz qalarsa, biz sərt və açıq
əməliyyatlara başlayacağıq”,- deyə Bakeri bildirib.
Onun sözlərinə görə, İran qarşı bütün gücündən istifadə edərək terrorçuları və onların qərərgahlarını dağıdacaq.