İrəvan Azadlıq Təşkilatı əvflə bağlı bəyanat verdi

Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamla bağlı İrəvan Azadlıq Təşkilatı bəyanat yayıb. Təşkilatdan "Millət”ə daxil olan bəyanatda deyilir: "Prezident İlham Əliyevin sonucu əfv fərmanını alqışlayır, müsbət qiymətləndiririk. Lakin İrəvan Azadlıq Təşkilatı verilən cəzasını tam çəkmiş Əli İnsanova və digər siyasi məhbuslara şamil edilməməsi təəssüf doğurur.

Təşkilat hakimiyyətin ölkədə milli həmrəyliyə və barışığa nail olunma istiqamətində müstəsna əhəmiyyət daşıyan siyasi məhbus problemini birdəfəlik həll etməməsi, siyasi əqidəsinə, tənqidi fikirlərinə və şəxsi münasibətlərinə görə insan hüquq və azadlıqlarına sayğısız münasibəti, eləcə də sui-istifadə halları ciddi narahatlıq keçirir.

Təşkilat hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, ölkə qanunvericiliyinə, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına, həmçinin, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və hüquq normalarına əməl etməyə humanizm prinsiplərinə sadiqliq göstərməyə çağıraraq keçmiş səhiyyə naziri Əli İnsanov və bütün siyasi məhbusların tezliklə azadlığa buraxılmasını tələb edir. Hesab edirik ki, bu addım Novruz Bayramında Azərbaycan xalqına edilən ən böyük təbrik olardı.