Mehman Əliyevin vəkili Fuad Ağayev musavat.com-a bildirb ki, istintaq orqanı təqdimatla və müstəntiq isə vəsatətlə Yasamal Rayon Məhkəməsinə müraciət edib.
Onlar həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər. Məhkəmə təqdimata və vəsatətə baxıb.
Məhkəmənin qərarı ilə Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Mehman Əliyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
"Azərbaycan Milli İstiqlal Partiyası müasir Azərbaycanın müstəqillik tarixi boyunca azad sözün və demokratik dəyərlərin keşiyində dayanan "Turan” İnformasiya Agentliyinin yaradıcısı və rəhbəri Mehman Əliyevə qarşı Cinayət Məcəlləsinin ağır cinayət xarakterli maddələri ilə cinayət işi qaldırılmaqla barəsində həbs qəti imkan tədbirinin seçilməsinə qəti etirazını bildirir.
AMİP hesab edir ki, hazırki halda Mehman Əliyev barəsində həbs qəti imkan tədbirinin seçilməsi Azərbaycan Respublikası Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamında nəzərdə tutulmuş müddəalar ilə ziddiyyət təşkil edir.
Partiya ölkə xaricində tanınmış media qurumunun rəhbərinə qarşı gerçəkləşdirilmiş həbsin Azərbaycanın Beynəlxalq nüfuzuna xələl gətirə biləcəyindən narahatlığını ifadə edir və bunu nəzərə alaraq Mehman Əliyev barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsini, həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində başlanmış cinayət işinin bilavasitə ölkə rəhbərliyi tərəfindən nəzarətə götürülməsini məqsədə uyğun hesab edir.
AMİP müvafiq qurumları Beynəlxalq aləmdə ölkənin nüfuzuna ciddi zərbə vuracaq bu kimi addımlardan çəkinməyə çağırır."