Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib

Dərin kədər hissi ilə bildirirəm ki, bu gün Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib. Partiyanın veteranlarından biri, uzun illər ərzində AMİP Xətai RT-nin Sədri olaraq rayon təşkilatının formalaşmasında və fəaliyyətində əvəzedilməz xidmətləri olan əqidəli istiqlalçı, AMİP Mərkəzi Şurasının üzvü Valeh Əhmədov amansız xəstəlik səbəbi ilə dünyasını dəyişib.
 
AMİP Lideri Etibar Məmmədov, AMİP Sədri, Siyasi Şura, Mərkəzi Şura, MİK və Mərkəzi Aparat adından Valeh bəyin ailə üzvlərinə, yaxınlarına və bütün Milli İstiqlalçılara dərin hüznlə başsağlığı veririk. Məkanı cənnət olsun
 
Arzuxan Əlizadə
AMİP sədri