ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası zamanı NATO-nu hərbi blok kimi dəfələrlə tənqid etmişdi. Tramp çıxışlarında "Soyuq müharibə” zamanı kommunizm təhlükəsinə qarşı yaradılmış təşkilatın müasir tələblərə cavab vermədiyini və köhnəldiyini iddia edirdi.
"Mən çoxdan deyirəm ki, NATO-nun problemləri var. Bildiyiniz kimi, çox-çox illər əvvəl yaradılıb və buna görə köhnəlib”, - deyən biznesmen kimi zamanında milyardlar qazanan prezident NATO ölkələrinin nizamnaməyə əsasən, ÜDM istehsalının 2%-ni hərbi xərclərə ayırmalı olduğunu, lakin yalnız 5 ölkənin öhdəliyə riayət etməsindən də gileylənirdi: "Ödəməli olduqlarından az ödəyirlər. Bu, ABŞ-a qarşı ədalətsizlikdir. Yalnız 5 ölkə ödəməli olduğu məbləği ödəyir. 22 ölkə arasında 5 ölkə azlıq edir”.
Amma Tramp NATO ilə körpüləri tam yandırmayaraq, blokun qlobal önəmindən də danışırdı. NATO-ya pozitiv siqnallar göndərməklə prezident ona qarşı tuşlanan iradlardan qorunmaq məqsədi güdürdü. Belə ki, Hillari Klintonun prezidentlik debatlarında əsas arqumentlərindən biri opponentinin NATO ilə bağlı fikirləri idi: "Tramp NATO-nu dağıdaraq bizim Avropadakı müttəfiqlərimizi Rusiya qarşısında aciz durumda qoymaq istəyir. O, Putinin istədiyi kimi hərəkət edir”.
Lakin 20 yanvarda təntənəli andiçmə mərasimindən sonra Donald Tramp NATO-nun saxlanılmasının vacibliyindən danışıb. Donald Tramp yanvarın 28-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından dərhal sonra Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransa Ollandla əlaqə saxlayaraq, ABŞ-ın NATO-da qalacağı və alyansın möhkəmlənməsi üçün ortaq səylərin davam etdirilməsini diqqətə çatıdırıb ("modern.az”). Görünən odur ki, alyansa üzv ölkələr onun təkidindən sonra hərbi büdcələrini artıracaqlar.
Bunu bir növ Donald Trampın daha bir qələbəsi hesab etmək olar. ABŞ iqtisadiyyatını inkişaf etdirməyə, yeni iş yerləri açmağa və lüzumsuz xərclərdən çəkinməyə çalışan yeni prezident üzv ölkələri öz vəsaitləri hesabına müdafiə olunmağa səsləyib. Danışıqlar aparmaqda usta olan Tramp NATO-nun əslində güclü oyunçu olmasında maraqlıdır. Sadəcə, yüngül şantaj yolu ilə daha çox güzəştlər əldə etməyə çalışır.
Politoloq Əli Oruclu hesab edir ki, ABŞ-ın yeni prezidentinin yürütdüyü siyasət davakar və bir qədər də təcavüzkar xarakter daşıyır. "Onun Meksika ilə ABŞ sərhədləri boyunca çəkiləcək hasarın Meksikanın üzərinə yükləmək istəməsi, müsəlmanlara qarşı ayrı-seçkiliyi, islamafobiya və aparteizmə geniş rəvac verəcək tutumları, emiqrantlara və bəzi islam ölkələrinə qarşı tətbiq etdiyi əmrlər və s. bunun ilkin cücərtiləridir”, - deyən müsahibimiz ABŞ prezidentinin NATO-nun dağılmasına gedə biləcək addımlar atacağını zənn etmir.
"NATO təkcə hərbi alyans deyil, həm də siyasi birlikdır. Dünya düzəninin qorunmasında və formalaşmasında həlledici söz sahibidir. NATO-nun varlığı ABŞ-ın milli təhlükəsizliyinin etibarlı qorunması üçün də vacib qurumdur. Və indiyədək ABŞ öz maraqlarını çox halda məhz NATO çətiri altında həyata keçirib. İstər İraqa və Əfqanıstana təcavüzü, Yuqoslaviyanın bobardman edilməsi, Avropada maraqlarının qorunması və s.”, - deyən politoloqun fikrincə, NATO olmadan ABŞ dünyada hegemon rolunu itirər: "Onsuz da, ABŞ-ın qarşısında günü-gündən hərbi-siyasi cəhətdən güclənən və dünyanı qütbləşdirməyə can atan Rusiya və Çin kimi potensial və təhlükəli rəqibləri var. Üstəlik də Avropa ilə qarşılaşmaq Trampın da ziyanına ola bilər və buna inanmıram ki, gedilsin. Müəyyən islahatlar ola bilər, lakin NATO fəaliyyətini bundan sonra da davam etdirəcək. Bu alyansın varlığı təkcə ABŞ-dan asılı deyil. Tramp sadəcə bu vasitə ilə Avropaya, xüsusən də, Rusiya təhlükəsini daimi üzərində hiss edən dövlətlərə təzyiq göstərir”.