OPEC qərarını dəyişmədi

Neftin bir bareli 40 dollara düşsə belə OPEK neft hasilatı ilə bağlı qərarını dəyişməyəcək.
Avropa.info xəbər verir ki, bu haqda BƏƏ Energetika naziri əl-Mazrui açıqlama verib: "Neft 60 dollara düşüb deyə biz fikrimizi dəyişən deyilik. Lap 40 dollara düşsün”.

OPEK neft hasilatını dərhal dəyişmək kimi qərar qəbul etməyəcək. 27 noyabrda Vayanada keçirilən konfransda təşkilat neft hasilatının gündəlik 30 milyon barel səviyyəsində saxlamağa qərar verib. Qərar 2015-ci ilin 15 iyununadək dəyişilməyəcək.