Rusiya ordusu ölkənin cənubunda,
ilhaq etdiyi Krımda, Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi
Osetiyada hava hücumlarından müdafiə təlimləri keçirir.
Məlumata görə, Rusiya Cənub Hərbi Dairəsindən bildirilib ki,
təlimlərdə 2 mindən çox hərbi qulluqçu, 500 ağır texnika və hava
hücumlarından müdafiə birləşmələri iştirak edir.
Abxaziyadakı bazalar da daxil olmaqla ümumilikdə 12 məşq yerində keçirilən təlimlərin neçə gün davam edəcəyi bilinmir.
Xatırladaq ki, Rusiya Krımı Ukraynadan 2014-cü ilin martında ilhaq edib.
Gürcüstanla isə 2008-ci ildə qısamüddətli müharibədən sonra onun
separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər
kimi tanıyıb (ANS PRESS).