AB liderləri Moskvaya qarşı daha sərt sanksiyalar razılığına gəldi; Putin Qərbi nüvə ilə hədələdi
Rusiyanın paytaxtı Moskvanın mərkəzində Ukraynaya qarşı təcavüzə etiraz əlaməti olaraq piket keçirilib. Aksiya iştirakçıları bəyan edir ki, Rusiyanın Ukraynaya qarşı aşkar təcavüzü ilə barışmaq olmaz. Etiraz aksiyasına qoşulanlar arasında yazıçı-jurnalist Viktor Şenderoviç də olub. Piketin təşkilatçılarının sözlərinə görə, aksiyanın keçirilməsinə səbəb Ukraynada münaqişənin dərinləşməsidir: "Rusiya Ukraynaya qarşı açıq aqressiyaya başlayıb, bu ölkəyə qarşı müharibə aparır. Bununla barışmaq olmaz”.
Merkel və Ollanddan yeni sanksiyalar təklifi
Rusiya əsgərlərinin Ukraynada birbaşa döyüşdüyü təsdiqlənəndən sonra Avropa Birliyi ölkələrinin liderləri Brüsseldə toplaşıb. Liderlər Ukraynadan çıxması üçün Rusiyaya 1 həftə vaxt verib. Əks halda, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.
Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey bildirib ki, təşkilat təcili şəkildə daha geniş və sərt sanksiyalara hazırlaşır.
"Hər kəs sürətlə hərəkət etməli olduğumuzu başa düşür”, - deyə Rompey bildirib. Lakin o, sanksiyaların nədən ibarət olacağını açıqlamayıb.
Toplantıdan əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo da təcili tədbirlər görülməsə, Rusiya-Ukrayna probleminin "dönüşü olmayan nöqtəyə - müharibəyə çevrilə biləcəyini” deyib.
Almaniya kansleri Angela Merkel Avropa Birliyi liderlərinin qərarını şərh edərkən deyib ki, böhranın hərbi yolla həlli yoxdur, ona görə də yeni sanksiyalar tətbiq olunmalıdır.
Fransa prezidenti Fransua Olland isə bildirib ki, vəziyyətin müharibəyə qədər pisləşməsinə imkan vermək olmaz: "Artıq belə bir risk var. Itiriləcək zaman yoxdur”.
Bu arada, ABŞ da Avropa Birliyi liderlərinin qərarından məmnun qaldığını açıqlayıb.
Avropa Birliyi Ukraynaya daha 1 milyard avro ayıracaq
Brüsseldə Avropa Birliyinin sammitində iştirak edən Ukrayna prezidenti Pyotr Poroşenko bu təşkilatın onun rəhbərlik etdiyi ölkəyə daha 1 milyard avro ayıracağını bəyan edib.
"Razılığa gəldik ki, Ukraynaya əlavə 1 milyard avro borc verilsin. Ilin sonuna qədər Ukrayna 510 milyon avro borc və 250 milyon qrant alacaq. Bununla da Avropa Birliyi Ukraynaya çətin vaxtında dəstək vermiş olacaq”, - deyə Poroşenko qeyd edib.
Poroşenkonun sözlərinə görə, bundan əlavə, Ukraynanın şərq regionlarının qışa hazırlığı üçün humanitar yardım göstərilməsi də müzakirə edilib.
NATO Rusiya ilə razılaşmadan imtina edə bilər
NATO Şərqi Avropa ölkələrində beş hərbi baza yaratmağı planlaşdırır. Həmçinin bu ölkələrdə fəaliyyyətə məhdudiyyət qoyan Rusiya ilə razılaşma da pozula bilər. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
"Frankfurter Allgemeine Zeitung” nəşrinin yazdığına görə, NATO Rusiyanı əsas təhlükə kimi görür. Polşa, Rumıniya, Estoniya, Latviya və Litvada bazaların yaradılması NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində qəbul ediləcək Fəaliyyət Planının əsas özəyi ola bilər. Sammitə hazırlanan sənədlərdə həmçinin Rusiyanın təhlükə yaratdığı qeyd olunur.
Britaniya mətbuatı isə NATO-nun "çevik hərəkət qüvvələri” yaradacağına dair məlumat yayıb. Təxminən 4 min nəfərdən ibarət qüvvələrin yaradılacağına dair qərarın da Uelsdə veriləcəyi gözlənilir. Bu qüvvələrə rəhbərlik Britaniya nümayəndələrinə tapşırılacaq.
Qeyd edək ki, Ukraynada baş verən hadisələrə görə NATO müttəfiqlərinin təhlükəsizliyinin təminatına yönəlik bir sıra tədbirlər görüb.
Putin ABŞ-ı nüvə müharibəsilə təhdid etdi
Rusiya prezidenti Vladimir Putin isə ölkəsinin qarşıdurmalara sövq edildiyini, Rusiyanın bunun qarşılığını çox pis verəcəyini deyib. Putin Ukraynada yaşanan olayları şərh edərkən deyib ki, heç kim Rusiyada qarşıdurma yaratmağa cəhd edə bilməz: "Rusiyaya qarşı bir hücum olarsa, bunun cavabını çox pis verəcəyik. Ortaqlarımız hansı xarici siyasət yürüdürsə yürütsün, ancaq onu bilsinlər ki, bizimlə qarşıdurma onlara fəlakət gətirər”.
Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu xatırladan Putin deyib: "Ortaqlarımızın Rusiyanı təcrid etmək planı onları genişmiqyaslı qarşıdurmaya aparır. Rusiya öz təhlükəsizliyini təmin etmək üçün nüvə sənayesini inkişaf etdirəcək. Rusiya dünyanın ən böyük nüvə ölkələrindən biridir. Bu bir reallıqdır”.
Bu sözləri hansısa dövlətin ünvanına, yaxud təhdid məqsədilə demədiyini vurğulayan Rusiya prezidenti ictimai və iqtisadi sahədə planların reallaşdırılması üçün ilk növbədə ölkənin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb. Lakin ekspertlər hesab edir ki, Putin bu bəyanatla ABŞ-ı təhdid edir.
Əsir düşən desantçılar Ukrayna hərbçiləri ilə dəyişdirildi
Ukrayna ordusunun əsir götürdüyü 9 rus desantçısı 63 nəfər ukraynalı hərbçi ilə dəyişdirilib. Bu barədə Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin rəhbəri Andrey Lısenko məlumat verib. Onun sözlərinə görə, avqustun 30-dan 31-ə keçən gecə Rusiya sərhədçiləri 63 ukraynalını geri qaytarıb. Əvəzində 9 desantçı onlara təhvil verilib.
Lısenko desantçıların hərbi əsir olmadığını deyir.
Terrorçuluq fəaliyyətində ittiham edilən rus hərbçilərə qarşı bir sıra maddələrlə cinayət işi başlanıb. Azad edilənə qədər onlar Kiyevdəki istintaq təcridxanasında saxlanılırdı.
Yeri gəlmişkən, Ukraynada hərbi əməliyyatlarda iştirak edən desantçıların hansı şəraitdə öldüyünü araşdıran Pskov Vilayət Məclisinin deputatı Lev Şlosberq qəddarcasına döyülüb. Hazırda ağır vəziyyətdə xəstəxanada yatan deputatın qismən yaddaşını itirdiyi deyilir.
"Şaxtyor”un bazası bombardman edildi
Ukraynada döyüşlər zamanı "Şaxtyor” futbol klubunun bazasına raket mərmisi düşüb. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Atılan dağıdıcı bombalardan dördü klubun əsas təlim bazasına düşüb. Nəticədə baş verən yanğın söndürülsə də, bina yararsız hala düşüb.
Xatırladaq ki, bir müddət əvvəl Donetsk şəhərində "Şaxtyor” klubuna məxsus "Donbas Arena” stadionuna da raket zərbələri endirilmişdi.