"Sizlər evlərinizdə rahat və təhlükəsiz şəkildə yatanda E. Məmmədov həqiqətləri söyləmək üçün Moskvaya – şeytanın yuvasına qədər gedir və həbs olunur"
Son 1 ayda 4 iyun hadisələri ilə bağlı yazılara baxanda həm müəlliflərə yazığım gəldi, həm də xalqıma. 90-cı illərdən bu yana bir addım da qabağa getməyənlər 21 - ci əsrdə xalqın önündə getməyə iddialıdırlar. Anaq məsələ ondadır ki, xalq onlar kimi yerində saymayıb. Qarışıqlıq dövründə rəhmətlik Əbülfəz Elçibəyin nüfuzu altında (özlərinin yox!) tale bunları sınağa çəkərək hakimiyyət bəxş etdi. Amma onlar bu sınaqdan çıxmadılar. Hakimiyyətə gəldiyi günlərdən Prezident Elçibəyi nüfuzdan salmağa, Onun haqqında lətifələr danışmağa başladılar. Uğursuz, səriştəsiz idarətmənin sayəsində insanlar arasında dəstəklərini itirdilər. Bunun nəticəsi idi ki, Surətin kiçik bir dəstəsi qarşısında davam gətirə bilmədilər.
Yeri gəlmişkən Surət də "milli hökumətin” baş nazirinin müavini, milli qəhrəman, korpus komandiri olub. İndiyə qədər məlum olanları demək və ya təkrarlamaq istəmirəm. Heç bu fikirdə də yox idim. Amma moderator.az saytında Mirmahmud Fəttayevin AMİP və Etibar Məmmədov haqqında özünə yaraşmayan tərzdə açıqlamalarını oxuyanda artıq hər şeyin həddi var söylədim. M.Fəttayev istiqlalçıları "milli hökuməti” yıxmaqda suçlayır və üzərimizdə "qara ləkə” olduğunu söyləyir . Hansı milli hökumətdən danışırsınız? Hökumətinizin tərkibin açıqlayın insanlar baxsın ki, nə dərəcədə milli hökumət qurmusunuz. Elçibəyin adı ilə də alver etməyin özünüzdən danışın. Baş prokurorunuz Gəncədə Əbülfəz Elçibəyin həbsinə dair sanksiya imzalayır. Özünüz də dediyiniz kimi müdafiə naziriniz gizlənir, hökumət üzvü olan nazirləriniz, baş nazirin müavinləri sizə qarşı işləməyə başlayır, prezidenti meydanda tək qoyaraq vəfələrinizi dondurursuz. AXC – nin hakimiyyətdə təmsil olunmayan rəhbərləri belə heç bir iş görmür və s. Elçibəyin Kələkiyə getməsinin əsas səbəbi də məhz komandasının bir hissəsinin onu satması, bir hissəsinin isə bacarıqsız olması idi. Bunların haqqını və cavabını verin. Düz əməlli müqavimət təşkil edə bilmirdiiniz. Hansı haqla başqalarını ittiham edirsiniz? M.Fəttayev Ramil Usubova kompliment deyərək onu vəzifəsini yaxşı icra edən nazir olduğunu bildirir. Yəni "milli hökumətinizin” nazirləri vəzifəsini yaxşı icra etməyiblər. Yenə də bumeranq kimi öz sözləriniz özünüzə qayıdır.
Bunlar hamısı çoxlarının bildiyi həqiqətlərdir. Ona görədə üzərində qalmağa ehtiyac da yoxdur. Amma M. Fəttayevin Etibar Məmmədovu 20 yanvar hadisələri ilə bağlı 9 ay Lefortovo həbsxanasında yatmasını və xəyanətdə suçlamısını nə onun yaşına, nə ağalığına, nə də keçmişinə görə keçmək olmaz. 20 yanvar hadisələrindən sonra sizlər evlərinizdə rahat və təhlükəsiz şəkildə yatanda E. Məmmədov həqiqətləri söyləmək üçün Moskvaya – şeytanın yuvasına qədər gedir və həbs olunur. Azərbaycan xalqı 1 milyon yarım imza yığaraq onun azadlığını tələb edir. Eyni zamanda bu fikirləri söyləməklə siz həm də Xəlil Rzanı, Məhəmməd Hatəmini və bu hadisələrə görə həmin vaxt Lefortovada həbsdə olan digər dəyərli insanlarımızı təhqir edirsiniz. Biri haqqında qarşılıqlı hörmət saxlayırıq ifadəsini işlədib ardından bu cür ittahamlarla cıxış etmək yumşaq desək, qeyri səmililik və saxtalıqdır.
Qara ləkəyə qalınca istiqlalçılar üzərində qara ləkə olmayıb. Ona görə ki , sizin hakimiyyətinizin qorunmasını istiqlalçılar üzərinə götürməmişdi.. Qara ləkə Əbülfəz Elçibəyə xəyanət etmiş komandasının üzərindədir və bu da açıq aydın görünür. Başqalarını özünüzə şərik etməyə çalışmayaın.
Elşən Mustafayev
AMİP Beynəlxalq Əlaqələr Katibi