Moskva ilə Nikosiya arasında Kipr Respublikasının hava və dəniz limanlarında Rusiyanın hərbi təyyarə və gəmilərinin yerləşdirilməsi barədə danışıqlar gedir.
APA-nın məlumatına görə, bunu Kipr Respublikasının prezidenti Nikos Anastasiadis TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, bu tədbirlər humanitar əməliyyatlar və böhranlı vəziyyətlər üçün nəzərdə tutulur.
Qeyd edək ki, N. Anastasiadis bir müddət öncə yerli qəzetlərdən birinə müsahibəsində Rusiya hərbi bazalarının Kiprdə yerləşdirilməsi barədə təklifin müzakirə olunduğunu deyib.
Hazırda Kiprdə Böyük Britaniyanın hərbi bazaları yerləşir.