Rusiya imperiya siyasətinə son qoyarsa

Azərbaycan Türkləri, üç yüz ildən çox bir dövrdə Çar Rusiyasının, son doxsan ildə qırmızı bolşeviklərin işğalına məruz qalsalarda,1990-cı ildə xalqımıza qarşı dəhşətli cinayət törətməsinə, Xocalı soyqırımında iştirak etməsinə,Qarabağın bu gün işğalda qalmasına bir başa məsuliyyət daşımasına baxmayaraq,Rus xalqına qarşı düşmən münasəbət bəsləmir.

Məhz Jrinoviski kimi rus olmayanların imperiya xislətli çıxışları, xalqlar arasında düşmənçilik münasibətlərinin yaranmasında böyük rol oynayır.Biz illərdir bu fəaliyyətin şahidiyik.

Baxmayaraq ki, Rusiya xalqı həm çarın ,həm kommunistlərin,həm də elə bu günki Putin iqtidarının hakimiyyəti dövründə ən çox hüquqları ayaqlanan,ziyalı elitası reperesiyaya məruz qalan xalq olub.

Bu gün Rus xalqı ilə,Azərbaycan xalqı arasında dostluq və mehriban qonşuluq münasibətləri hökm sürür.Lakin Rusiyanın işğalçı erməni daşnaklarına, Azərbaycanın böyük bir ərazisini işağl etməsinə yardımçı olması və bu işğalçılığın davam etməsinə şərait yaratması bu dostluğa böyük bir zərər vurur.
Hər bir Azərbaycan vətəndaşı inanır ki,Qarabağ probleminin ən tez bir zamanda həlli, Rus xalqı ilə Azərbaycan xalqının əbədi dostluğuna böyük töhfə verərdi.

Dünyəvi Bozqurd Partiyasının sədri,
Milli Strateji Araşdırmalar Mərkəzinin direktoru.
Şakir Ulubəy.